Icma.az
close
up
RU
Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi

Azərbaycanlı COP29 könüllüsü isveçli təxribatçıya cavab verdi

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanlı COP29 könüllüsü Nigar Quliyeva ölkəmizin uğurlarını gözü götürməyən beynəlxalq dairələrin ruporu və onların maraqlarının girovuna çevrilmiş bəzi şəxslərə tutarlı cavab verib.

Moderator.az Metbuat.az-a istinadən xəbər verir ki, COP29 könüllüsü gənc Nigar İsveç iqlim fəalı, təbiət mühafizəçisi Qreta Tunberqə ünvanladığı məktubda tutarlı faktlar açıqlayıb.

Məktubda deyilir: "Hörmətli Qreta,

Sənin Azərbaycan və COP29 haqqında yanlış və qərəzli məlumatlar yaymağını öyrəndim. Nəzərinə çatdırım ki, bizim eyni yaş qrupuna aid olduğumuzu nəzərə alaraq, ən azı bakalavr dərəcəsini tamamladığını fərz etsək, sən belə qərəzli materialları sosial mediada yaymayacaq qədər əsaslı araşdırma bacarıqlarına sahib olmalıydın.

Sənə bənzər bir “müstəqil jurnalist” olaraq öz ölkəsinə xəyanət etmiş və öz dövlətini tənqid etməkdən zövq alan biri ilə podkastda iştirak etdiyin yetmirmiş kimi, sən həm də o qərəzli məlumatlarını “The Guardian” kimi xəbər qurumları vasitəsilə yaymısan və üstəlik, onu təkrarən paylaşaraq mənim ölkəm haqqında daha da gülünc şərhlər əlavə etmisən. Diqqətinə çatdırmaq istərdim ki, Azərbaycan dünyanın ilk neft ölkələrindən biri olmaqla yanaşı, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”şirkətiilə birlikdə Qafqaz bölgəsindəki ən böyük günəş elektrik stansiyalarından biri olan Qaradağ Günəş Elektrik Stansiyasını quran ölkədir.

Üstəlik, bu enerji parkı 550 hektar və ya 5 milyon 500 min kvadrat metr sahəni əhatə edir. Halbuki İsveç lalnız bu yaxınlarda Witznitz-i keçərək Avropanın ən böyüyü olmaq iddiası ilə eyni ölçüdə olan ilk günəş parkını inşa etməyə başlayıb.

Ölkəmi repressiv bir dövlət adlandırmağın üçün edə bildiyin yeganə şey Azərbaycan haqqında Ermənistanın təsiri altında olan Vikipediya səhifələrini gözdən keçirməkdirsə, bu da yenə sənin zəif araşdırma bacarıqlarını göstərir.

Və hə, ölkəmi avtoritar edən nədir, məhz onu soruşuram? Mən bunu “seçmə həqiqət” adlandırardım, amma bu, ölkəm haqqında deyilə biləcək faktiki olaraq düzgün bir ifadənin yaxınından belə keçmir. Bizim 125 deputatın nümayiş etdirdiyi, bölgələrimizi və vətəndaşlarımızın ehtiyaclarını təmsil edən Milli Məclisimiz var.

Və biz prezident və hökumətimizi sərbəst seçmək hüququna malikik. Bunun ardınca gələcəyinə və bizi misoginist, şovinist və ya repressiv ölkə adlandıracağına əminəm. Amma bax, buradayam, gənc bir qadın olaraq, sərbəst iradəmlə danışaraq, geyinərək, davranaraq, səs verərək, istədiyim şəkildə, istədiyim vaxt hər şeyi edə bilirəm. Hətta biz o qədər də repressiv olsaydıq 13,5 milyondan çox izləyicisi olan tanınmış YouTuber Nas Daily Azərbaycanda dini və mədəni hörmət və müxtəliflik (və bərpa olunan enerji resurslarına keçid) haqqında video (hətta ikisini) çəkə bilməzdi.

Ekologiya sahəsinə yönəlsək, unutmamalıyıq ki, COP29 könüllüləri üçün aparılan müsahibələr nəticəsində seçilən 7000 namizəddən 68 faizi qadınlardan ibarət idi. Əgər Azərbaycana ayaq basmaq və COP29-da iştirak etmək istəyərsənsə, əmin ola bilərsən ki, təhlükəsiz mühitdə olacaqsan.

Bu fürsətdən yararlanaraq 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarımızı da kəşf edə bilərsən. Bu müddət ərzində onlar həmin ərazilərə mina basdırmaq, xalqımızı öz bölgələrimizdən zorla çıxarmaq və etnik təmizləmə kimi vəhşiliklərlə məşğul olmuşlar. Halbuki, bizə yalnız 4 il lazım oldu ki, həmin torpaqların böyük bir hissəsini bərpa edək, yenidən qurub məskunlaşdıraq. Ancaq əgər bizim ölkəmizə ayaq basmadan və həqiqəti öz gözlərinlə görmədən, media vasitəsilə biz haqda yayılan yalan və iyrənc şeylərə inanmağa davam edib bəhanələr gətirmək istəyirsənsə, bu da sənin seçimin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2024 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see266

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see253

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see250

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see249

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see248

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see247

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see246

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see245

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see224

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see224

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see223

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see221

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see218

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see218

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see212

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see206

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see205

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see200

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see198

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri