Icma.az
close
up
RU
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab indi yadınıza düşüb?

Azərbaycanlı deputatdan Zatulinə sərt cavab indi yadınıza düşüb?

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya son səfərindən sonra hədəqədən çıxmış gözlərinin qəzəbi absurd mülahizələrinə və məntiqsizliklə zəngin iddialarına sıçrayan Konstantin Zatulinin “Moskovskiy komsomolets”də yayımlanan məqaləsindən belə anlaşılır ki, Azərbaycanla müharibədə Ermənistan deyil, Rusiya Dövlət Dumasının ən uğursuz deputatlarından biri olan Zatulinin özü məğlub olub və Azərbaycan Ordusu təkcə işğala deyil, eyni zamanda Konstantin Zatulin kimilərin rəzil siyasi karyerasına və iyrənc korporativ maraqlarına son qoyub.
Uzun illər boyu Azərbaycan torpaqların işğal altında qalması üçün aparılan təslimçiliyə sövq etmə təbliğatının ən bəsit və ən ucuz nümayəndələrindən olan Konstantin Zatulinin separatçılarla, müharibə cinayətkarları ilə eyni tezisləri səsləndirməsi, Azərbaycanın qələbəsini nəyin bahasına olursa-olsun kiçiltməyə çalışması təsadüfi deyil. Çünki o, Köçəryan, Sarqsyan və digər müharibə caniləri ilə eyni “boşqab”dan qidalanıb və az qala bütün siyasi karyerasının həsr olunduğu bir prosesdən rüsvayçı məğlubiyyətlə çıxmasını heç cür qəbul edə bilmir.
MDB İnstitutunun direktoru olan Zatulinin məqaləsində bir cümlə digərini təkzib edir. Zatulin heç bir halda qəbul edə bilmir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və suverenliyini 1991-ci ildə tanıyıb. Həmçinin, Ermənistanın Praqada və Vaşinqtonda imzalanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıması faktını Zatulin və onun böhtançı ağzının sahibləri heç cür həzm edə bilmirlər.
Rusiya Dövlət Dumasının deputatı nədənsə Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində torpaqlarımızda hərbi xuntanın yaratdığı qondarma təsisatın heç bir ölkə, o cümlədən Rusiya tərəfindən də tanınmadığı faktını, əksinə Rusiyanın dövlət başçısının Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu barədə bəyanatlarını dilə gətirməyə cəsarəti çatmır. Qeyd edim ki, Alma-Ata Bəyannaməsini imzalayan bütün ölkələr bir-birilərinin ərazilərini qarşılıqlı olaraq tanıyıblar. O cümlədən Rusiya da bu sənəd və digər dövlətlərarası bəyannamə və müqavilələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyıb.
Paşinyan haqlıdır, Azərbaycan ərazilərinin işğalı həqiqətən də uzun illər boyu öncə Ermənistan, bütövlükdə isə region üçün boyunduruq rolunu oynayıb. Azərbaycan torpaqların işğaldan azad edilməsi, əslində müxtəlif mübaliğəli ifadələr, təbliğat tezisləri arxasında gislədilən həqiqətləri gün işığına çıxarıb. Kiminin gözü açılıb, kimininsə böhtan danışan dili...     
Maraqlıdır, Zatulunun təsəvvürünə görə, Cənubi Qafqazda proseslər necə cərəyan etməliydi? Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi hansı səbəblərdən Konstantin Zatulin və onunla eyni düşüncəni bölüşənləri narahat edir? Məgər işğal dövründə Rusiyanın niyyəti 30 ilə yaxın davam edən danışıqlarda sülhün əldə edilməsi deyildi? Əgər deyildisə, o zaman sual olunur: Kim kimi aldadıb? Həm də 30 il? Bir tərəfdən danışıqlar prosesində vasitəçi olub, digər tərəfdən isə təcavüzkara ödənişsiz silah-sursat, hərbi texnika verməklə işğalın davam etməsini stimullaşdırıb, Azərbaycan torpaqlarının işğalı üzərindən Ermənsitanda hakimiyyəti qəsb edən hərbi caniləri dəstəkləyib.
Nə oldu, “aldatmaq”, “qeyri-səmimi davranış” kimi anlayışlar indi yadınıza düşüb?
30 ilə yaxın bir milyon azərbaycanlı öz doğma evlərindən didərgin salınıb, insanlar dəmir vaqonlarda, çadırlarda, yarımçıq tikililərdə məhrumiyyətlər içərisində yaşamaq məcburiyyətində qalıblar. Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında daş üstə daş saxlanılmayıb, Azərbaycan xalqına məxsus mədəniyyət abidələri, məscidlər, ziyarətgahlar, qəbristanlıqlar, yaşayış evləri vəhşicəsinə dağıdılıb. Bu müddət ərzində Zatulinin indi guya müdafiə etdiyi ölkəsi təcavüzkara “dur” deməyib, “Azərbaycan xalqının irsinə toxunma, işğala son qoy” deməyib, amma sözdə sülhdən, yaxın qonşuluqdan, qarşılıqlı münasibətlərin inkişafından, ortaq dəyərlərdən danışıb.
Kim kimi aldadıb, Zatulin? Ən böyük yalançı, fitnəkar, saxtakar sən və sənin kimilərdir. Sənin kimi insanlar bütün sivil bəşəriyyətin, sağlam düşünən, sülh şəraitində yaşamaq istəyən insanların düşmənidir. Sənə “şər-böhtan atma” yazacaqdım, amma fikrimi dəyişdim. Çünki sən şərin özüsən!

Elçin Mirzəbəyli
Millət vəkili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Aprel 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri