Azərbaycanlı hakimə UEFA dan daha bir təyinat
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
QOL.az xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Baxış sayı:111
Bu xəbər 21 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















