Çelsi gənc ulduzu üçün PSJ nin qarşısına üç şərt qoydu
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Çelsi" klubu braziliyalı futbolçu Estevao Villianın Fransanın PSJ komandasına mümkün icarə keçidi ilə bağlı üç tələb müəyyənləşdirib.
Bakıvaxtı.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 19 yaşlı cinah hücumçusunu qış transfer pəncərəsində Paris klubuna göndərmək variantını nəzərdən keçirir.
"Çelsi" ilk növbədə icarə müqaviləsində futbolçunun satınalma bəndinin yer almamasını istəyir. İngiltərə klubu Estevaonu gələcək planlarına daxil edir və onun daimi transferinə razı deyil.
London təmsilçisinin ikinci tələbi PSJ-nin icarə müddətində braziliyalı futbolçunun maaşını tam ödəməsidir.
Üçüncü şərt isə Estevaonun Fransa klubunda müntəzəm oyun şansı qazanması ilə bağlıdır. "Çelsi" gənc hücumçunun Parisdə kifayət qədər meydana çıxacağına dair təminat istəyir.
Qeyd edək ki, PSJ hücumçusu Xviça Kvaratsxeliyanın ağır zədəsindən sonra hücum xəttini gücləndirməyə çalışır. Estevao isə cari mövsümdə "Çelsi"də istədiyi qədər oyun praktikası qazana bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Oktyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















