Icma.az
close
up
RU
Azərbaycanlı həkimlər Türkiyədə yeni media qurur KONKRET

Azərbaycanlı həkimlər Türkiyədə yeni media qurur KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Həkimlər Dərnəyi bu gün növbəti toplantısını keçirib.

KONKRET.az xəbər verir ki, toplantıda dərnəyin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub, yeni layihələr barədə fikir mübadiləsi aparılıb və bir sıra mühüm qərarlar qəbul edilib.

Toplantıda dərnəyin sədri, uzman doktor Vüqar Cəfər görülməsi planlaşdırılan işlərlə bağlı dərnək üzvlərinə ətraflı məlumat verib. O bildirib ki, dərnəyin əsas məqsədi Türkiyədə yaşayan azərbaycanlı həkimləri bir araya gətirmək, onların arasında peşəkar həmrəyliyi gücləndirmək və cəmiyyətə daha faydalı xidmət göstərməkdir.

Müzakirələr zamanı dərnəyin rəsmi internet saytının yaradılması işlərinin son mərhələyə çatdığı qeyd olunub.

Yeni sayt vasitəsilə dərnəyin fəaliyyəti, üzvlər haqqında məlumatlar və tibbi yeniliklər daha geniş auditoriyaya çatdırılacaq. Bununla yanaşı, sosial media platformalarında da yeniliklərin həyata keçirildiyi və dərnəyin ictimai fəaliyyətinin daha da gücləndiriləcəyi vurğulanıb.

Toplantıda eyni zamanda dərnəyin YouTube kanalı, jurnalı və radiosunun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul edilib. Bu media platformaları vasitəsilə həm həkimlər arasında məlumat mübadiləsinin genişlənməsi, həm də cəmiyyətin sağlamlıq mövzusunda maarifləndirilməsi nəzərdə tutulur.

Mühüm qərarlardan biri də tibb təhsili alan tələbələrə dəstək göstərilməsi olub. Dərnək tərəfindən gələcəkdə tibb fakültəsində təhsil alan uğurlu tələbələrə təqaüd verilməsi qərara alınıb. Bu addımın gənc həkimlərin inkişafına mühüm töhfə verəcəyi bildirilib.

Bundan əlavə, qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı konkret fəaliyyət planı hazırlanıb. Dərnək bundan sonra həkimləri ixtisas sahələrinə uyğun şəkildə tanıtmağı və müxtəlif xəstəliklərlə bağlı uzman həkimlərin elmi məqalələrini dərc etməyi planlaşdırır.

Azərbaycan Həkimlər Dərnəyinin toplantısında qəbul edilən qərarların təşkilatın gələcək fəaliyyətinə yeni istiqamət verəcəyi və Türkiyədə yaşayan azərbaycanlı həkimlərin daha sıx birləşməsinə töhfə göstərəcəyi gözlənilir.

Natiq Səlim
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Aprel 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri