Azərbaycanlı tələbələrə Türkiyədə yeni imkan
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanlı tələbələr Türkiyənin aparıcı universitetlərində müdafiə sənayesi texnologiyaları üzrə magistratura və doktorantura təhsili ala biləcəklər. Proqram çərçivəsində hansı ixtisaslardan olan tələbələrin bu imkandan yararlana biləcəyi və dövlət proqramının gənclərə verəcəyi imkanlar maraq doğurur.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlama verib:
“Faktiki olaraq ölkəmizdə həm sistemlər mühəndisliyi, həm silah və silah sistemləri, partlayıcı maddələr, həm də digər istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir. Müdafiə sənayesi texnologiyaları istiqamətində materialşünaslıq mühəndisliyi, kimya mühəndisliyi və digər ixtisaslar da var. Həmin ixtisaslarda təhsil alan ölkə vətəndaşları Türkiyə universitetlərində də təhsil almaq imkanı əldə edə bilərlər”.
Elçin Əfəndi bildirib ki, Türkiyənin müdafiə sənayesi istiqamətində fəaliyyət göstərən və bu sahədə daha təkmil təhsil verən ali təhsil müəssisələrində Azərbaycan gənclərinin təhsil alması üçün imkanlar yaradılır.
“Dövlət proqramı Azərbaycan gənclərinə həm Müdafiə Sənayesi Nazirliyi, həm də Müdafiə Nazirliyi istiqamətində bilik və bacarıqlarını artırmaq, gələcəkdə işlə təmin olunmaq və digər imkanlardan yararlanmaq şəraiti yaradacaq”, – deyə təhsil eksperti söyləyib.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 02 Oktyabr 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















