Azərbaycanlı iş adamını oğurlayıb meşədə öldürən futbolçu HƏBS OLUNDU
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Obninsk şəhərinin “Kvant” futbol klubunun futbolçusu, qumar oynadığı üçün cəzalandırılan Vitali Melnikov Moskva vilayətində həbs edilib. O, 5 ortağı ilə birlikdə iş adamı Səmrat Cavadovun oğurlanması və amansız işgəncə verilməsi işində ittiham olunur.
Ölkə.az Lent.az-a istinadla bildirir ki, o, 2025-ci il yanvarın 18-dək həbsdə qalacaq. İdmançı və daha beş Kaluqa sakini zərərçəkəni qaçıraraq Çexov şəhər rayonundakı meşəyə aparıblar və orada işgəncə veriblər, bütün prosesi kameraya çəkiblər. Nəticədə kişi aldığı xəsarətlərdən yerindəcə keçinib.
Azərbaycanlı biznesmen 30 yaşlı Cavadov Səmrat Ədalət oğlu oktyabr ayında itkin düşüb. İki həftə sonra onun meyiti meşədə tapılıb.
Biznesmenin anasının dediyinə görə, cinayətkarlar oğlunu qaçırandan sonra fidyə üçün ondan beş milyon rubl tələb ediblər.
İş materialları əsasında o da məlum olur ki, 21 yaşlı Melnikovdan başqa, qətldə şübhəli bilinənlərdən biri iki il əvvəl peşəkar karyerasını başa vurmuş keçmiş qılıncoynadan Dmitri Moiseyevdir.
İşdə əli olan hər kəs bir qrup şəxs tərəfindən sifarişlə törədilmiş qətldə ittiham olunub. Hazırda təqsirləndirilən şəxslərin ifadələri yerindəcə yoxlanılıb, telefonlarına baxış keçirilib. Bir sıra imtahanlar da təyin edilib. İstintaq davam edir.
Oktyabr ayında jurnalist İvan Karpovun verdiyi məlumata görə, Melnikov idman oyunlarına mərc oynadığına görə üç il müddətinə diskvalifikasiya edilib. İdmançı etdiklərini etiraf edib və 6 aydan sonra meydana qayıda bilər.
 
  Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:60
Baxış sayı:60 Bu xəbər 29 Noyabr 2024 22:28 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 29 Noyabr 2024 22:28 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















