Icma.az
close
up
RU
Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır

Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Voronej şəhərində yerli iş adamı Yusif Xəlilovun Donbass küçəsində yerləşən “Fort” restoranının binası üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı mülki iş yenidən Leninski Rayon Məhkəməsinə daxil olub. İşə yenidən baxılması barədə qərarı prokuror yoxlamasının nəticələrini araşdıran vilayət məhkəməsi qəbul edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, rayon məhkəməsinin məlumat bazasına əsasən, iş üzrə ilkin iclas avqustun 10-na təyin olunub.

Yusif Xəlilovun şəhər administrasiyasına və vilayətin Əmlak və Torpaq Münasibətləri Nazirliyinə qarşı iddiası üzrə ilk qərar 2007-ci il fevralın 2-də verilib. Həmin qərarla rayon məhkəməsi azərbaycanlı diasporunun nümayəndəsi olan iş adamının 800 kvadratmetr sahəsi olan qanunsuz tikili üzərində mülkiyyət hüququnu tanıyıb. Ərazi əvvəlcə ticarət pavilyonunun tikintisi üçün ayrılıb.

Sahibkarın xeyrinə qərarın verilməsinə onun təşəbbüsü ilə aparıldığı bildirilən texniki-tikinti ekspertizasının rəyi əsas olub. Lakin 2026-cı ilin yanvarında keçirilən prokuror yoxlaması göstərib ki, binanın yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinin qüvvədə olduğu dövrdə Voronej meriyası obyektin tikintisinə və ya yenidən qurulmasına icazə verməyib. Həmçinin heç bir tərəfin təşəbbüsü ilə məhkəmə ekspertizasının keçirilmədiyi müəyyən edilib.

Vilayət məhkəməsi daha əvvəl belə açıqlama verib: “Prokurorun fikrincə, bina, daha sonra isə torpaq sahəsi üzərində mülkiyyət hüququ Voronej şəhər administrasiyasının və Voronej vilayəti administrasiyasının Dövlət Əmlakı Baş İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində əldə olunub”.

Nəzarət orqanının irəli sürdüyü arqumentlərə baxmayaraq, Leninski Rayon Məhkəməsi 2026-cı ilin mayında Rusiya Cinayət Məcəlləsinin 159-cu — “Dələduzluq” maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin bitməsi səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Qərar bəraətverici olmayan əsaslarla qəbul olunub.

Vilayət məhkəməsi isə qeyd olunan hər iki qərarı ləğv edərək işi yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 İyul 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri