Icma.az
close
up
RU
Azərbaycanlı iş adamları hədəfdə Sankt Peterburqda nələr baş verir?

Azərbaycanlı iş adamları hədəfdə Sankt Peterburqda nələr baş verir?

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Milli Məclisin Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov Rusiyada azərbaycanlılara qarşı artan təzyiqlərlə bağlı diqqətçəkən açıqlama verib.

Yenisabah.az-a danışan deputat son zamanlar həm diaspor, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin müxtəlif çətinliklərlə üzləşdiyini bildirib:

“Onsuz da gedən proseslər göstərir ki, Rusiyada istər diaspor fəaliyyəti ilə məşğul olanlar, istərsə də sahibkarlıqla məşğul olanlar son dövrlər artan təzyiqlərlə üz-üzə qalırlar. Bu isə müəyyən mənada gərgin mühitin yaranmasına səbəb olur. Əslində, Yekaterinburq hadisələrindən əvvəl də münasibətlərdə müəyyən gərginlik müşahidə olunurdu. AZAL-a məxsus təyyarənin vurulması, Rusiyanın buna görə üzr istəməməsi, təzminat ödəməməsi və istintaq tədbirlərinin nəticəsini hələ də açıqlamaması vəziyyəti daha da mürəkkəbləşdirib. Qazaxıstan tərəfi qəza ilə bağlı ilkin hesabat yaymışdı, amma Rusiya bu hesabatın açıqlanması üçün əlavə bir il vaxt istəyib”. pizza hut

Deputat vurğulayıb ki, bu təzyiqlər müxtəlif səbəblərlə – həm strateji, həm də siyasi maraqlarla əlaqəlidir:

“Müxtəlif istiqamətlərdə təzyiqlər var. Əgər hansısa məsələlər varsa, onlar hüquqi müstəvidə həll olunmalıdır. Azərbaycan tərəfi kobud siyasət yürütməyib, atdığı addımlar adekvat olub. Konkret hadisələrin fonunda Azərbaycanın mövqeyini təsdiqləyən yanaşma sərgilənib. Amma Rusiya tərəfi eskalasiyada maraqlı görünür, zaman-zaman vəziyyəti daha da qəlizləşdirir”.

Azər Allahverənov iki gün əvvəl Sankt-Peterburqda beş azərbaycanlı iş adamının saxlanılmasını da diqqətə çatdırıb:

“Polis həmin şəxsləri bölməyə apararaq müxtəlif ittihamlarla – vergidən yayınma, qanunsuz fəaliyyət və sair – bağlı sorğu-suala cəlb edib. Amma vəkillər belə onların niyə saxlanıldığını dəqiq bilmirlər. Hətta yüksək vəzifəli bir polis əməkdaşı da eyni səbəblərlə saxlanılıb. Bu da göstərir ki, məqsədli şəkildə azərbaycanlılara qarşı sərt yanaşma formalaşdırmağa çalışırlar. Söhbət təkcə etnik azərbaycanlılardan getmir, əsas məsələ ondan ibarətdir ki, həmin şəxslər Azərbaycandan olanlardır”.

Rəvan Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyul 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri