Icma.az
close
up
RU
Azərbaycanlı iş adamlarına yeni imkan: “Çin səddi” aradan qalxdı

Azərbaycanlı iş adamlarına yeni imkan: “Çin səddi” aradan qalxdı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Çin ilə Azərbaycan arasında viza rejimi ləğv olunub. 

İyulun 16-dən etibarən qüvvəyə minən qərara əsasən, Azərbaycan vətəndaşları Çinə, Çin vətəndaşları isə Azərbaycana vizasız səfər edə biləcək. Nəzərə alsaq ki, Çin kifayət qədər böyük  potensiala malikdir, bu dəyişiklik turizm sahəsində geniş imkanlar yarada bilər. 

Vizasız rejim turizm gəlirlərinin artmasına necə təsir edə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycan ilə Çin arasında vizasız rejimin tətbiqi ölkəmizin turizm sektoruna əhəmiyyətli dinamika gətirəcək:

“Birincisi, Azərbaycan ilə Çin arasında viza rejiminin ləğvi iyulun 16-dən etibarən Azərbaycan vətəndaşlarına şamil olunub. Ancaq Çin vətəndaşları üçün bu qərar daha əvvəl qüvvəyə minmişdi. Aydın məsələdir ki, o dövrdən etibarən vizasız rejim Azərbaycana səfərləri stimullaşdıran mühüm amil olub. İndi bundan sonra da proses davam edəcək. 

Ancaq təkcə viza rejiminin aradan qaldırılması kifayət deyil, biz paralel olaraq gediş-gəliş üçün logistika imkanlarını da genişləndirməliyik. Yəni logistik dəhlizlərin genişləndirilməsi, aviauçuşların sayının artırılması, bilet qiymətlərinin daha əlçatan olması, aşağı büdcəli aviaşirkətlərin, lokosterlərin fəaliyyətə başlaması kimi tədbirlər bu prosesi daha da stimullaşdıracaq”. 

İqtisadçının sözlərinə görə, vizasız rejimin tətbiqi ilə yanaşı, Azərbaycanın daxili turizm infrastrukturunun da gücləndirilməsi vacib məsələlərdəndir:

“Eyni zamanda, ölkə daxilində turizm potensialını genişləndirmək üçün də cazibədar imkanlar yaratmalıyıq. Bu cazibədarlıqlar isə ondan ibarətdir ki, otel sektorun əlçatan və müxtəlif seçimlərlə təmini, yəni fərqli ulduz kateqoriyasında otellərin mövcudluğu, qiymətlərin müxtəlif kateqoriyalara uyğun formalaşması çox vacibdir. Yəni bunların hamısı bir alət ilə tənzimlənmir. Bu, yalnız viza rejimi ilə tənzimlənə biləcək məsələ deyil, kompleks yanaşma tələb edir.

Şübhəsiz, vizasız rejim turizm axınının artmasına mühüm təsir göstərəcək. Bu birmənalıdır. Lakin bu prosesin davamlı olması üçün digər vacib addımlar da atılmalıdır. Hazırkı mərhələdə hesab edirəm ki, bu qərar daha çox azərbaycanlı iş adamları üçün faydalı olacaq. Çünki indiyə qədər Çin vizası almaq hətta Şengen vizası ilə müqayisədə daha çətin idi”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az

Açar sözlər: Çin Azərbaycan viza Fuad İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri