Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Azərbaycanlı iş adamlarına 613 minlik dələduzluq

Azərbaycanlı iş adamlarına 613 minlik dələduzluq

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Tolqa Şahin adlı Türkiyə vətəndaşı  Azərbaycanda iş adamlarına zərər vurub. Zərərin məbləğinin milyonlarla manat olduğuna dair iddialar var. Ancaq “Gənclik 94” MMC-nin direktoru Arzu Əliyevin başına gələnlər, sadəcə, iddia deyil, aşkar və rəsmi faktdır. Tolqa Şahin Azərbaycanlı iş adamına 613 min manatdan çox zərər vurub

Tolqa Şahin “Gənclik 94” MMC-nin Bakı şəhərinin Zabrat qəsəbəsində yerləşən anbarlarından müxtəlif tikinti materiallarını götürərək, qısa müddətdə ödəniş ediləcəyinə dair söz verib, amma pulu ödəməyib. Beləliklə, Tolqa Şahinin “Gənclik 94” MMC-yə nə az, nə çox, düz 613 min 601 manat borcu yaranıb. Rəsmi müqavilə, “Gənclik 94” MMC-nin müxtəlif vaxtlarda Tolqa Şahinə məxsus olan “Prefabrik” MMC-yə tikinti materiallarını verməsinə dair təhvil-təslim aktları da bunu təsdiqləyir. Üstəlik bu faktlar üzrə artıq rəsmi araşdırma da gedir. “Gənclik 94” MMC-nin direktoru Arzu Akif oğlu Əliyevin şikayəti əsasında 2024-cü il noyabrın 2-də sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin bir neçə gündən sonra Tolqa Şahin axtarışa verilməklə, cinayət işi üzrə icraat dayandırılıb. Buna səbəb Tolqa Şahinin istintaqdan gizlənməsi olub. Dekabrın 25-də cinayət işi təzələnib və Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən Anar Arif oğlu Kərimov tutulub, ona Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham elan edilsə də, barəsində həbs-qətimkan tədbiri seçilməsi mümkün olmayıb və Anar Kərimov polisin nəzarəti altına verilib. Yəni cinayət əməllərinə görə təqsirləndirilən şəxs azadlığa buraxılıb. Prokurorluq Anar  Kərimovun həbsi ilə bağlı məhkəmə  qarşısında vəsatət qaldırmaqdan nədənsə imtina edib.

Tolqa Şahin (solda)

Tolqa Şahin “dələduzlardan ibarət şəbəkə” qurubmuş

Məlumdur ki, 178-ci maddə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərinə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Hazırda zərərçəkənlərdən aldığımız məlumata görə, cinayət işi 178.2.4-cü maddə ilə davam edir. Beləliklə, Tolqa Şahin və onunla əlbir olan şəxslər külli miqdarda zərər vurmaqda ittiham olunur. Həm də bu əməllər təkrar-təkrar törədilib.

Adını çəkdiyimiz Anar Kərimov “Arenol Construction” MMC-nin direktoru olub. “Gənclik 94”-dən tikinti materiallarını “Prefabrik” MMC-nin direktoru Nurlan Əlizamin oğlu Əmirahov təhvil alıb. Bu şirkətləri Tolqa Şahin təsis edib. Ancaq hələ bu da hamısı deyil; “A Frame”, “Lenora”, “Tikinti Materiall” MMC-lər də Tolqa Şahinə məxsus olub. Hər birinin də öz direktoru olub. Beləliklə, Tolqa Şahinin başçılığı ilə qurulmuş “mütəşəkkil dəstə”dən söhbət gedir. Görünür, adamlar bilərəkdən, ya da bəlkə bilməyərəkdən bu əməllərə qoşulub. Nəticədə iri “cinayətkar şəbəkə” yaranıb. Məqsəd Azərbaycanlı iş adamlarını aldadaraq, əmlakını və pulunu əlindən almaq olub.

Anar Kərimov, Tolqa Şahinlə əlbir olmaqda şübhəli bilinən şəxs

Əldə etdiyimiz məlumata görə, Tolqa Şahinə məxsus “Prefabrik” MMC təsisçisi Azər İsmayılov, direktoru Tural Rəsulov olan “Cahid -T” MMC-yə də 319 min 500 manat borcludur. Bundan başqa Tolqa Şahinə məxsus şirkətlərdən biri Azərbaycanlı iş adamı Diana Quliyevanı da aldadıb: Diana Quliyeva daşına bilən modul tipli evlərlə bağlı sifariş verib, şifariş üzrə maliyyə öhdəliyinin 90 faizini də ödəyib. Ancaq Tolqa Şahin sifarişi tam və istənilən səviyyədə icra etməyib. Nəticədə Diana Quliyevaya 8 min manat dəyrində zərər dəyib.

Tolqa Şahin Qarabağ qazilərini də aldadıb

Hazırda istintaqdan gizlənən Türkiyəli iş adamının Özbəkistanda da bir sahibkarı aldadıb və onun 1 milyon 700 min manat dəyərində zərər vurduğu məlumdur. Azərbaycanda isə o, daha çox insanın etibarından sui-istifadə edib. Tolqa Şahin hətta öz işçilərini də aldadıb; onların əməkhaqqılarını aylardır ki, vermir. Dələduzluqda təqsirləndirilən Türkiyəli “biznesmen”in qanunsuz əməllərindən zərər çəkmiş şəxslər arasında Qarabağ müharibəsinin qaziləri də var.

“Gənclik 94”-dən aldığımız məlumata görə, Tolqa Şahin onun şirkətində işləmiş Qarabağ qazisi Əli Rzayevə 3 min manata yaxın pul ödəməlidir, ancaq ödəmir. Eləcə də, “Arenol”-da işləmiş Ramilə Ayvazovaya 3 min 600 manat, “Prefabrik” MMC-nin keçmiş aparıcı mühasibi Tural Qasımova 2 min 100 manat, memar Fuad Behbudova 8 min manat, Ramil Qasımova 650 manat, Niyaməddin Novruzova 750 manat ödəməlidir. Tolqa Şahin hətta şirkətinin xadiməsinə də borcludur; onun Osmanova Azadə Söhrab qızına 1756 manat verəcəyi var.

Doğrudur, Tolqa Şahinin işçilərinə borcu rəsmi protokolla “Bakı Abadlıq Xidməti” MMC-yə ötürülüb, həmin şirkət bu borcun bir hissəsini ödəyib, qalan hissəsini də ödəyəcəyinə söz verib.

İstintaqdan gizlənən Tolqa Şahinlə “Bakı Abadlıq Xidməti”ni nə birləşdirir?

Sual olunur: dələduzluqda ittiham olunan, istintaqdan gizlənən, hazırda axtarışda olan Tolqa Şahinlə “Bakı Abadlıq Xidməti” MMC-ni nə birləşdirir?

Məsələ ondadır ki, anlaşmaya əsasən “Bakı Abadlıq Xidməti” MMC podrat işlərini Tolqa Şahinə məxsus “Lenora” MMC və Prefabrik” MMC (keçmiş adı “Arenol Group”)  şirkətlərinə həvalə edib. Həmin şirkətlər 2022-ci ilin sonundan 2023-cü ilin sonuna qədər “Bakı Abadlıq Xidməti” MMC üçün ümumi dəyəri ƏDV daxil 10 milyon 10 min 243 manat olan podrat işləri görüblər. Bu məbləğin 9 milyon 656 min 243 manatı Tolqa Şahinin şirkətlərinə ödənilib. Hazırda “Bakı Abadlıq Xidməti” MMC-nin Tolqa Şahinə 354 min manat borcu qalıb. Bunu təsdiq edən rəsmi sənəd də var.

Arzu Əliyev deyir ki, həmin 354 min manat özünün direktoru olduğu “Gənclik 94” MMC-yə ödənilməlidir. Çünki “Bakı Abadlıq Xidməti” Tolqa Şahinə borclu olduğu kimi, Tolqa Şahin də “Gənclik 94”-ə borcludur. Ancaq “Bakı Abadlıq Xidməti” ilə Tolqa Şahin arasında  “Gənclik 94” MMC-yə olan borcun ötürülməsinə dair protokol yoxdur. Buna görə “Gənclik 94” öz pulunu “Bakı Abadlıq Xidməti” MMC-dən deyil, Tolqa Şahindən tələb edə bilər. Bunun üçün də polisə şikayət edib. Arzu Əliyev də təsdiqləyir: “İstintaq Tolqa Şahini tapıb üzə çıxarmalıdır, o da öz növbəsində “Gənclik 94″-ə olan borcunu bağlasın”. Bu borc isə az deyil: 613,6 min manatdır. Yəni yarım milyon manatdan çox.

Tolqa Şahinin ölkədın çıxışına qadağa qoyulub

Arzu Əliyev deyir ki, Tolqa Şahin onları aldatdığına, aldığı materialların pulunu ödəmədiyinə görə “Gənclik 94” də başqalarına borclanıb. Üstəlik yeni bir iş görməkdə də çətinlik çəkir. Buna görə də Arzu Əliyev dövlətdən kömək istəyib.

Onun sözlərinə görə, Tolqa Şahinin ölkədən çıxışına qadağa qoyulub; Türkiyəli iş adamı Azərbaycandadır. Hətta votsap tətbiqi üzərindən və xarici nömrədən öz adamlarına  zəng edir. Ancaq yerini hələ də müəyyən etmək mümkün olmayıb.

Tolqa Şahinin arxasında kimlər dayanıb?

Arzu Əliyevin dediyinə görə, Tolqa Şahin özü arxasında böyük qüvvələrin dayandığını deyir, istintaqa gəlməkdən boyun qaçırır. Azərbaycan Respublikasının qanunlarına və qanuni orqanlarına hörmətsiz yanaşır.

Tolqa Şahinin qanunsuz əməlləri və istintaqdan gizlənməsi ilə bağlı şikayətlər müvafiq yuxarı instansiyalara da göndərilib. Ancaq hələ də bir nəticə yoxdur.

Tolqa Şahinin əməllərindən zərər çəkən iş adamları təəccüblənir: necə olur ki, Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda cinayət törədib, başqa ölkələrdə gizlənən şəxsləri tapır, tutub gətirir, ancaq ölkənin içində Tolqa Şahini tapa bilmir?!

P.S. Əgər Tolqa Şahinin dediyi kimi, onun arxasında böyük qüvvələr durubsa, bu qüvvələr dövlətin özündən də böyük deyil ki! Dövlətin üzərinə düşən öhdəlik isə Türkiyədən gəlib, Azərbaycanda iş adamlarını aldadaraq, yüz minlərlə, hətta milyonlarla manat məbləğlərində zərər vuran Türkiyəli iş adamını tapıb, zərərləri ödətdirməkdir. Xüsusilə külli miqdarda dələduzluq əməllərində ittiham olunan Tolqa Şahini isə hələ tapmaq mümkün olmayıb.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri