Icma.az
close
up
RU
Azərbaycanlı məmurun addımı rezonans doğurdu 100 manatlıq qalmaqal

Azərbaycanlı məmurun addımı rezonans doğurdu 100 manatlıq qalmaqal

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beyləqanının icra başçısı Əziz Əzizovun məhkəmə yolu ilə vətəndaşdan 100 manat alması rezonans doğurub. Belə ki, o, “TikTok”da onun barəsində video paylaşan Ağdam sakinindən narazılıq edib. Lakin icra başçısının vətəndaşı məhkəməyə verməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, “TikTok”da paylaşılan videoda icra başçısı barədə “İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox”, “Mən bir dəfə görmədim ki, icra başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır?”, “Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?” kimi cümlələr işlədib.

Bildirilir ki, bu cür tənqidləri icra başçıları dinləməli və adekvat addım atmalıdır, nəinki, məhkəməyə verərək 100 manat almalıdır.

Məmurlar tənqidə məhkəmə yolu ilə cavab verməlidir, yoxsa ictimai izahla? İcra başçısı addımında haqlıdırmı?

Globalinfo.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, böhtan və ya təhqir halları olduqda, hər kəsin, o cümlədən vəzifəli şəxslərin də öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var:

“TikTok” platformasında icra başçısı barəsində səsləndirilən fikirlərdə həqiqətən böhtan və ya təhqir elementlərinin olub-olmadığı araşdırılmalı, yalnız bundan sonra qərar verilməlidir. İcra başçısının məhkəməyə müraciəti də bu baxımdan hüquqi çərçivədə qiymətləndirilməlidir. O, simvolik olaraq məhkəməyə veirb. İstənilən şəxs iki hüquqi yoldan istifadə edə bilər: mülki qaydada iddia qaldıraraq təkzib və ya kompensasiya tələb etmək, yaxud xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün məhkəməyə müraciət etmək”.

Sahib Məmmədov

Hüquqşünas bildirib ki əgər sosial platformalarda doğrudan da şəxsin şərəf və ləyaqətinə toxunan ifadələr yer alıbsa, bu, hüquqi qiymətini almalıdır:

“Azərbaycan praktikasında bu cür hallar əvvəllər də müşahidə olunub. Həm media orqanları, həm də ayrı-ayrı şəxslər məhkəməyə verilib. Burada əsas məsələ məhkəmənin obyektiv və ədalətli qərar çıxarmasıdır. Eyni zamanda mümkündür ki, icra başçısı barəsində səsləndirilən fikirlərdə böhtan və ya təhqir elementi olmasın və həmin şəxs onları subyektiv olaraq böhtan kimi qəbul etsin. Bu səbəbdən konkret ifadələrdə böhtan, təhqir, şantaj və ya digər hüquq pozuntusu elementlərinin olub-olmamasını məhz məhkəmə müəyyən etməlidir”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 01:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri