Icma.az
close
up
RU
Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?

Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Dünyanın ən zəngin iş adamlarının siyahısı açıqlanıb. Belə ki, siyahıda azərbaycanəsilli milyarderlər də yer alır.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, reytinqə əsasən, dünyanın ən varlı iş adamları sırasında Vahid Ələkbərov 81-ci pillədə qərarlaşıb və onun sərvəti 29,5 milyard dollardır. Vahid Ələkbərovun uğur yolu sadə işçi kimi başlayıb. O, əvvəlcə Xəzər dənizində neft platformasında işləyib, daha sonra Sovet dövründə neft sənayesinə rəhbərlik edən qurumda nazir müavini vəzifəsinə qədər yüksəlib. 1991-ci ildə o, üç böyük neft yatağını birləşdirərək Lukoil şirkətini yaradıb. Bu gün şirkət Rusiyanın ən iri müstəqil neft istehsalçılarından biridir. Ələkbərov uzun illər bu şirkətə rəhbərlik edib və onun təxminən 30 faizinə sahib olub. 2014-cü ildə Lukoil ABŞ sanksiyalarına məruz qalıb. 2022-ci ildə isə Böyük Britaniya tərəfindən sanksiya tətbiq olunduqdan sonra Ələkbərov şirkət prezidenti vəzifəsindən ayrılıb. Həmin il o, Niderlanddakı Heesen Yachts zavodundakı payını da fonda ötürüb.
837 və 838-ci yerlərdə isə Qod Nisanov və Zarah İliyev yer alır. Onların hər birinin sərvəti 5,1 milyard dollardır.
Qod Nisanov və Zarah İliyev Rusiyanın paytaxtı Moskvada ən böyük daşınmaz əmlak sahiblərindən hesab olunurlar. Azərbaycandan köçən tərəfdaşlar burada iri ticarət mərkəzləri, hotellər və yaşayış kompleksləri tikiblər. Onların ümumi daşınmaz əmlak portfeli təxminən 14 milyon kvadrat metr təşkil edir. Sahibkarlar Moskvada böyük topdansatış mərkəzi - "Food City"ni yaradıblar və şəhər ətrafında bir sıra iri ticarət obyektlərinə sahibdirlər. Zarah İliyev həmçinin məşhur "Radisson Royal Moscow" otelinin ortaq sahibidir. Bu hotel 2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı zamanı FIFA-nın əsas qərargahlarından biri kimi istifadə olunub.
Siyahının 2386-cı pilləsində isə Fərhad Əhmədov qərarlaşıb və onun sərvəti 1,7 milyard dollar təşkil edir. Fərhad Əhmədov biznes fəaliyyətinə Londonda xəz satışı ilə başlayıb. 1987-ci ildə o, qaz sənayesi üçün avadanlıq təmin edən şirkət yaradıb. Daha sonra Sibirdə fəaliyyət göstərən "Nortgas" şirkətində pay alaraq enerji sektorunda mövqeyini gücləndirib. 1998-ci ildə şirkətdə əsas pay sahiblərindən birinə çevrilən F.Əhmədov 2012-ci ildə bu payını 1,4 milyard dollara satıb. Onun adı daha çox Böyük Britaniyada keçmiş həyat yoldaşı ilə bağlı uzunmüddətli məhkəmə çəkişməsi ilə gündəmə gəlib. Məhkəmə ona 454 milyon funt sterlinq ödəmək qərarı çıxarsa da, bu mübahisə yalnız 2021-ci ildə razılaşma ilə başa çatıb. 2022-ci ildə o da Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Həmin ilin yayında onun "Luna" adlı lüks yaxtası Almaniyada dondurulub. Lakin 2023-cü ilin sentyabrında Avropa İttifaqı Əhmədova qarşı sanksiyaları ləğv edib.

Milli.Az 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Aprel 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri