Icma.az
close
up
RU
Azərbaycanlı harada yaşamasından asılı olmayaraq azərbaycanlı qalmalıdır

Azərbaycanlı harada yaşamasından asılı olmayaraq azərbaycanlı qalmalıdır

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixində təqvim bayramı kimi, milli ideologiyanın sistemli, ardıcıl və şüurlu ifadəsi kimi xüsusi yer tutur. Bu gün azərbaycanlı kimliyinin qlobal miqyasda özünü dərk etməsinin, qorunmasının və beynəlxalq mühitdə təsdiqlənməsinin rəmzinə çevrilmişdir. Mənim yanaşmamda həmrəylik anlayışı emosional çağırışdan daha çox strateji düşüncəyə əsaslanan milli mövqedir. Həmrəylik milli məsuliyyət hissinin coğrafi sərhədləri aşaraq vahid ideya, ortaq məqsəd və ümumi maraqlar ətrafında formalaşmasıdır. Bu anlayış tarixi yaddaşın canlı saxlanılması, milli iradənin qorunması və dövlətçilik şüurunun davamlılığı ilə sıx bağlıdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizə xatırladır ki, azərbaycanlı olmaq həm etnik mənsubiyyət ,həm də şüurlu mövqe və dəyərlər sistemidir. Bu mövqe milli maraqlara sədaqət, dövlətə bağlılıq və tarixi məsuliyyət üzərində qurulur. Müasir dünyada milli kimlik passiv status yox, əksinə fəal və düşünülmüş mövqe tələb edir. Həmrəylik məhz bu fəallığın ideoloji əsasını təşkil edir. Azərbaycançılıq düşüncəsi həmrəyliyin əsas fəlsəfi dayağı kimi çıxış edir. Bu düşüncə ümummilli məqsədləri ön plana çəkir. Mən bu günü milli dövlətçilik prizmasından dəyərləndirirəm. Çünki dövlətin gücü təkcə daxili resurslarla ölçülmür. Qlobal məkanda təşkilatlanmış milli birlik dövlətin siyasi, ideoloji və informasiya təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Həmrəylik tarixi parçalanmanın mənəvi kompensasiyasıdır. Bu gün azərbaycanlıların bir-birinə yalnız mənşə ilə deyil, məsuliyyətlə bağlandığını göstərir. Milli ideya daşıyıcısı olmaq ciddi tarixi öhdəlikdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu öhdəliyin kollektiv ifadəsi kimi çıxış edir. Burada keçmişlə gələcək arasında ideoloji körpü qurulur. Həmrəylik yaddaşın qorunması ilə yanaşı, həmdə gələcəyin planlaşdırılmasıdır. Bu gün milli ideyanın qloballaşması prosesidir. Azərbaycanlı kimliyi bu tarixdə lokal çərçivədən çıxaraq artıq universal məzmun qazanır. Bu məzmun milli maraqlar, suverenlik və dövlətçilik prinsipləri üzərində formalaşır. Dövlətçilik baxımından həmrəylik strateji faktordur. Bu faktor beynəlxalq mühitdə milli mövqelərin güclənməsinə xidmət edir. Həmrəylik ideyası milli təhlükəsizliyin ideoloji komponentlərindən biridir. Bu baxımdan 31 Dekabr sıradan bir gün kimi qəbul etmək olmaz .

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün formalaşması təsadüfi hadisə deyil və konkret tarixi şəraitin məhsuludur. Bu gün XX əsrin sonlarında baş verən mürəkkəb siyasi və ictimai proseslərin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Sovet sisteminin süqutu milli özünüdərk prosesini sürətləndirdi və xalqın tarixi yaddaşını yenidən aktivləşdirdi. Azərbaycan xalqı öz tarixi kimliyini yenidən dərk etməyə başladı. Bu proses yalnız ölkə daxilində baş vermədi. Xaricdə yaşayan azərbaycanlılar da milli proseslərin ayrılmaz tərkib hissəsinə çevrildi. Tarixi hadisələr sübut etdi ki, milli məsələlər artıq lokal deyil, qlobal xarakter daşıyır. Ermənistanın işğal siyasəti milli birliyin zəruriliyini daha da aktuallaşdırdı. İnformasiya müharibəsi klassik münaqişə anlayışından çıxaraq ideoloji müstəviyə keçdi. Xaricdə yaşayan soydaşların mövqeyi bu mərhələdə mühüm faktora çevrildi. Məhz bu şəraitdə ümummilli həmrəylik ideyası formalaşdı və ictimai şüurda möhkəmləndi. 31 Dekabr tarixi bu ideyanın simvoluna çevrildi. Bu tarix milli parçalanmaya verilmiş ideoloji cavab idi. Tarixi yaddaşda bu gün milli müqavimətin və milli dirənişin fəlsəfi ifadəsi kimi yer aldı. Mən bu tarixi milli şüurun dönüş nöqtəsi kimi qiymətləndirirəm. Çünki bu mərhələdən sonra diaspora anlayışı köklü şəkildə dəyişdi. Diaspora artıq yalnız mədəni birlik kimi qəbul edilmədi. Diaspora milli maraqların daşıyıcısı və müdafiəçisi statusu qazandı və həmrəylik anlayışı siyasi məzmunla zənginləşdi. Milli məsuliyyət anlayışı formalaşdı və kollektiv xarakter aldı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli iradənin təcəssümünə çevrildi. Tarixi proseslər göstərdi ki, parçalanmış xalq gücsüzdür. Birlik isə real güc yaradır. Bu güc möhkəm ideoloji əsas tələb edir. 31 Dekabr məhz bu əsası təmin etdi. Həmrəylik tarixi zərurətdən doğdu. Bu zərurət zamanla strateji xəttə çevrildi. Dövlətçilik düşüncəsi bu xətt üzərində formalaşdı. Bu gün tarixi yaddaşın siyasi ifadəsidir. Milli kimliyin qlobal miqyasda qəbuludur. Bu tarix Azərbaycançılığın beynəlxalq platformaya çıxış nöqtəsidir.

Azərbaycançılıq ideologiyası Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideoloji özəyini təşkil edir. Bu ideologiya milli kimliyi yalnız etnik mənsubiyyət çərçivəsində təqdim etmir. Azərbaycançılıq siyasi, mənəvi və hüquqi bağlılıq modelidir. Bu model dövlətə sədaqət və milli maraqlara bağlılıq üzərində qurulur. Mənim baxışıma görə azərbaycançılıq məsuliyyət ideologiyasıdır. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu məsuliyyəti daşıyır. Ümummilli Lider Heydər Əliyev bu ideologiyanı sistemli şəkildə formalaşdırmışdır. Onun dövlətçilik fəlsəfəsində diaspora mühüm strateji yer tuturdu. Diaspora milli maraqların qoruyucusu və təbliğatçısı kimi dəyərləndirilirdi. Azərbaycançılıq parçalanmanı deyil, inteqrasiyanı təşviq edir. Bu ideologiya assimilyasiyaya qarşı güclü ideoloji sipər rolunu oynayır. Qloballaşma dövründə milli kimlik zəifləyə bilər. Azərbaycançılıq bu zəifləmənin qarşısını alan ideoloji mexanizmdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu ideologiyanın praktik və real təzahürüdür. Burada milli kimlik passiv deyil. Burada milli mövqe fəaldır. Azərbaycançılıq ideologiyası qapalı sistem deyil. Əksinə, qlobal məkanda rəqabətə və dialoqa açıqdır. Bu ideologiya milli maraqları beynəlxalq müstəviyə daşıyır. Həmrəylik bu prosesin əsas mexanizmi kimi çıxış edir. Azərbaycançılıq milli dövlətin ideoloji dayağıdır. Bu ideya dövlətin davamlılığını təmin edir. Diaspora bu ideyanın daşıyıcısına çevrilir. Milli maraqlar vahid mövqedən müdafiə olunur. Bu ideologiya emosiyaya deyil, şüura əsaslanır. Mən bu yanaşmanı strateji hesab edirəm. Çünki milli birlik spontan proses ola bilməz. O, möhkəm ideoloji əsas tələb edir. Azərbaycançılıq bu əsası yaradır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu ideyanın təntənəsidir. Bu gün ideologiyanın simvolik zirvəsidir.

Müstəqil Azərbaycan dövləti diaspor siyasətini strateji istiqamət kimi müəyyən etmişdir. Bu siyasət mərhələli və məqsədyönlü şəkildə inkişaf etdirilmişdir. İlkin mərhələdə milli kimliyin qorunması əsas prioritet olmuşdur. Növbəti mərhələdə təşkilatlanma və koordinasiya ön plana çıxmışdır. Diaspor qurumları formalaşmış, strukturlaşmış və beynəlxalq platformalarda fəaliyyətə başlamışdır. Dövlət-diaspor münasibətləri institusional xarakter almışdır. Mən bu prosesi dövlətçilik baxımından yüksək qiymətləndirirəm. Çünki diaspora artıq yalnız mədəni subyekt deyil, siyasi aktora çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. Diaspor fəaliyyəti mədəni tədbirlərlə məhdudlaşmamışdır. Siyasi, hüquqi və informasiya fəaliyyətləri genişlənmişdir. Milli maraqların müdafiəsi əsas xətt kimi müəyyən edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu siyasətin ideoloji dayaq nöqtəsi rolunu oynayır. Bu gün diaspor fəaliyyətinin koordinasiya mərkəzidir. Dövlət gücləndikcə diaspora da güclənmişdir. Diaspora gücləndikcə dövlətin beynəlxalq təsir imkanları artmışdır. Bu qarşılıqlı əlaqə strateji model formalaşdırmışdır. Həmrəylik bu modelin əsas sütunlarından biridir. Milli birlik təsadüfi deyil. O, planlı və ardıcıl siyasətin nəticəsidir. Dövlət bu birliyi təşviq edir. Diaspora bu çağırışa cavab verir. İnformasiya müharibəsində bu birlik öz real nəticəsini göstərmişdir. Milli mövqelər vahid dildə ifadə olunmuşdur. Bu uğur təsadüfi deyil. Bu, sistemli və düşünülmüş işin nəticəsidir. Mən bu prosesi milli dövlətçilik uğuru hesab edirəm. Çünki milli maraqlar qlobal səviyyədə müdafiə olunmuşdur. Diaspor milli səsə çevrilmişdir. Həmrəylik siyasi resurs statusu qazanmışdır. Bu resurs strateji əhəmiyyət daşıyır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu resursun ideoloji ifadəsidir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli dövlətçilik düşüncəsinin ayrılmaz və fundamental hissəsidir. Bu gün milli kimliyin qlobal məkanda qorunmasının və möhkəmləndirilməsinin əsas mexanizmidir. Həmrəylik milli maraqların ideoloji qalxanı kimi çıxış edir. Bu qalxan dövlətin beynəlxalq mövqelərini möhkəmləndirir. Azərbaycançılıq ideologiyası bu prosesin təməlidir. Diaspora bu ideologiyanın canlı daşıyıcısıdır. Dövlət bu birliyi istiqamətləndirir və gücləndirir. Milli birlik təsadüfi hadisə deyil. O, tarixi zərurətdən doğmuşdur. Bu zərurət gələcəkdə də aktuallığını qoruyacaqdır. Çünki qlobal çağırışlar davam edir. Milli kimlik daim müdafiə tələb edir. Həmrəylik bu müdafiənin ən effektiv formasıdır. Mən bu günü strateji dəyər kimi qiymətləndirirəm. Çünki bu gün milli gücün mənbəyidir. Həmrəylik parçalanmaya qarşı ən təsirli cavabdır. Bu, milli yaddaşın qorunmasıdır. Dövlətçilik şüurunun möhkəmləndirilməsidir. Gələcək nəsillərə ötürülən ideoloji mirasdır. Azərbaycanlı harada yaşamasından asılı olmayaraq azərbaycanlı qalmalıdır. Bu isə şüurlu seçim tələb edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu seçimin rəmzidir. Bu gün milli mövqenin açıq bəyanıdır. Milli məsuliyyətin ifadəsidir. Qlobal kimliyin təsdiqidir. Dövlətə sədaqətin simvoludur. Azərbaycançılığın təntənəsidir. Milli gələcəyin ideoloji təminatıdır.

Fərid Mustafayev

YAP Yasamal rayon təşkilatının fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri