Azərbaycanlı müəllim Yaponiyanın ordeni ilə təltif olunub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında azərbaycanlı yapon dili müəllimi Esmira Məmmədovaya Yaponiyanın “Gümüş Şəfəqli Gündoğar Ordeni”nin təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya mərasimdə çıxış edərək Esmira Məmmədovanın 2009-cu ildən etibarən Azərbaycanda yapon dili tədrisinin inkişafına və Yaponiya–Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Səfir vurğulayıb ki, “Gümüş Şəfəqli Gündoğar Ordeni” ilə təltif Esmira xanımın göstərdiyi səylərin və Yaponiyanın dostluq minnətdarlığının rəmzidir. Sonra Esmira Məmmədovaya təltif sənədi və “Gümüş Şəfəqli Gündoğar Ordeni” təqdim edilib. Laureat çıxış edərək bu mükafatın yalnız şəxsi deyil, iki ölkə arasındakı həmrəyliyin və dostluğun da təzahürü olduğunu bildirib, Yaponiya hökumətinə və səfirə minnətdarlığını ifadə edib.
Daha sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu və Esmira Məmmədovanın çalışdığı Telman Abbasov adına 225 nömrəli orta məktəbin direktoru Sevda Eminova çıxış ediblər. Qeyd olunub ki, iki ölkə arasındakı münasibətlər bir çox istiqamətlərdə olduğu kimi təhsil və elm sahəsində də uğurla inkişaf edir. Yapon dilinin tədrisi isə iki ölkə arasındakı münasibətlərə mühüm töhfədir.
Tədbir xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Yanvar 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















