Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanlı Paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib.
O, həmçinin dünya reytinqinin hazırkı lideridir. Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.
Qeyd edək ki, idmançımız bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.

Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
04 Dekabr 2024 21:14
Azərbaycanın Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
04 Dekabr 2024 18:12
Azərbaycanın Paralimpiya çempionu dünyanın ən yaxşısı seçilib
04 Dekabr 2024 18:16
Paralimpiya çempionumuz dünyanın ən yaxşı parataekvondoçusu SEÇİLDİ
04 Dekabr 2024 18:31
Azərbaycanlı idmançı dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib
04 Dekabr 2024 18:05

