Azərbaycanlı Perm aeroportunda həbs edildi Qaçaqmalçılıq iddiası
Icma.az bildirir, Bakupost portalına istinadən.
Perm hava limanında azərbaycan əsilli Rusiya vətəndaşı həbs edilib.
Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs ölkədən böyük məbləğdə nağd pulun qanunsuz çıxarılması cəhdində ittiham olunur.
Xəbərdə deyilir ki, Azərbaycana uçmaq istəyən Rusiya vətəndaşı “yaşıl dəhliz”dən keçərkən üzərində bəyan edilməsi tələb olunan hər hansı mal və ya pulun olmadığını qeyd edib. Lakin gömrük baxışı zamanı onun baqajında ümumi məbləği 4 milyon rubl (təxminən 87,5 min manat) olan nağd pul tapılaraq müsadirə edilib.
Faktla bağlı RF Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 1-ci hissəsi (böyük məbləğdə nağd pul qaçaqmalçılığı) üzrə cinayət işi başlanıb. Həmin maddədə qanunsuz aparılan pulun on qatı məbləğində cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.
İttiham aktı artıq Perm Nəqliyyat Prokurorluğu tərəfindən təsdiqlənib, işin materialları baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə əsasən, sərhəddən keçirilən nağd pulun məbləği 10 min ABŞ dolları (17000 manat) ekvivalentini aşdıqda yazılı şəkildə bəyan edilməsi məcburidir. Aşkar edilmiş məbləğ müəyyən olunmuş limitdən 5 dəfədən çoxdur.
Cavid, Bakupost
Bu mövzuda digər xəbərlər:Perm aeroportunda azərbaycanlı həbs edildi KONKRET
02 Dekabr 2025 13:08
Qətərdə qaçaqmalçılıq edən azərbaycanlı Xəyal Qayıbov kimdir?
27 Sentyabr 2025 14:18
17 milyonluq qaçaqmalçılıq işi Gömrükçülər həbs edildi
25 Noyabr 2024 13:04
400 min manatlıq qaçaqmalçılıq Vəzifəli şəxslər həbs edildi
02 Oktyabr 2025 10:53
326 milyonluq qaçaqmalçılıq təsdiqləndi
05 Noyabr 2025 16:52
Baxış sayı:21
Bu xəbər 02 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















