Bakı aeroportunda qaçaqmalçılıq əməliyyatı
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkəyə qanunsuz yolla kosmetik vasitələr gətirmək cəhdinin qarşısı alınıb.
“Yeni Sabah” xəbər verir ki, Doha-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşı çamadanının üzərinə vurulmuş “gömrük nəzarətinə təqdim edilməlidir” xəbərdarlıq lentini qanunsuz olaraq söküb. O, bəyan etmədən “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük zonasını tərk etməyə cəhd göstərib.
Yoxlama zamanı xanım sərnişinin üzərindən və əşyalarının arasından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 1 021 ədəd kosmetik vasitə - 665 flakon və 356 ədəd dolğu şprisi aşkar olunaraq müsadirə edilib. Pepperoni pizza
Hazırda faktla bağlı araşdırma işləri davam etdirilir.
Baxış sayı:118
Bu xəbər 17 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















