Icma.az
close
up
RU
Azərbaycanlı pilot Portuqaliyada medalla təltif edildi FOTOLAR

Azərbaycanlı pilot Portuqaliyada medalla təltif edildi FOTOLAR

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyada keçirilən kartinq üzrə açıq çempionatda iştirak edib.

Sportal.az xəbər verir ki, 3 ölkədən 22 pilot Palmela beynəlxalq trekində X30 kateqoriyasında birincilik uğrunda yarışıb. Davin ilk mərhələdə qəza ilə üzləşib. Yarımfinalda 80 km/saatla hərəkət edərkən arxadan gələn digər pilot vaxtında əyləcdən istifadə etmədiyinə görə Davinin idarə etdiyi kartın arxa təkərinə toxunub. Yarışda müvəqqəti fasilə yaranıb.

Xəstəxanaya aparılan Davin Cəfərovda heç bir sınıq və baş zədəsi aşkar olunmadığından idmançının istəyi və həkimlərin razılığı ilə final mərhələsində iştirakına icazə verilib. Davin final mərhələsinə 17-ci sıradan başlamasına baxmayaraq yekun sıralamada 9-cu olmağı bacarıb.

Final mərhələsinə ağrı kəsici qəbul edərək qatılan idmançımıza əzmkarlığına və 8 təcrübəli rəqibini geridə qoyduğuna görə “Birelart” komandasının Portuqaliya üzrə direktoru Nuno İqnasio tərəfindən “sürətli pilot” medalı təqdim olunub.16 yaşını sentyabrda qeyd edəcək təmsilçimiz daha öncə EK125 CC kateqoriyası üzrə Portuqaliya kubokunun qalibi olub. Beynəlxalq dərəcəli peşəkar kartinq pilotu olan Davin Portuqaliyada “Birel Art” komandasının şərəfini qoruyur. “Birel” Lyuis Hemilton, Niko Rosberq kimi Formula 1 ulduzlarını kəşf edib.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 İyun 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri