Bolqarıstan azərbaycanlı akademiki medalla təltif etdi FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
28 oktyabr 2024-cü il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, akademik Asəf Hacıyev Bolqarıstan Elmlər Akademiyasının fəxri medalı ilə təltif edilib. Sözügedən medal Bolqarıstan Elmlər Akademiyasının prezidenti, professor Julian Revalski tərəfindən QDİƏT ölkələri arasında əməkdaşlıqda elmin və milli elmlər akademiyalarının rolunun artırılmasına verdiyi mühüm töhfəyə görə təqdim edilib.
"Unikal" xəbər verir ki, görkəmli alim A.Hacıyev 2002-2015-ci illərdə QDİƏT Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri olub, 2006-2008 və 2011-2013-cü illərdə assambleyanın vitse-prezidenti seçilib, 2015-ci ildən isə sözügedən təşkilatın baş katibidir.
Qeyd edək ki, 42 muxtar elmi bölmədən ibarət olan Bolqarıstan Elmlər Akademiyası demokratik prinsiplərə uyğun idarə olunan təşkilatdır. 1869-cu ildən fəaliyyət göstərən və dünya elminin inkişafına yönələn elmi-tədqiqat işləri həyata keçirmək missiyası daşıyan akademiyada dünyanın qabaqcıl ölkələrindən 3000-ə yaxın alim fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 02 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















