Icma.az
close
up
RU
Azərbaycanlı qadınların əcnəbilərlə evlilik tendensiyası ARTIR: Səbəb NƏDİR?

Azərbaycanlı qadınların əcnəbilərlə evlilik tendensiyası ARTIR: Səbəb NƏDİR?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Son dövrlər qloballaşmanın təsiri ilə müxtəlif millətlərdən və ölkələrdən olan insanların ünsiyyət quraraq ailə həyatına başlaması halları artıb. Bu prosesə həm təhsilin, həm də müasir texnologiyaların inkişafı öz təsirini göstərir. Sosial media vasitəsilə qurulan əlaqələr də bu istiqamətdə mühüm rol oynayır".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Onun sözlərinə görə, aparılan müşahidələr və təhlillər göstərir ki, belə ailələrin əksəriyyəti sosial şəbəkələrdə tanış olan və daha çox müasir həyat tərzini seçən insanlardan ibarətdir:
"Onlar ənənəvi deyil, qlobal dəyərlərə açıq, modern düşüncəli şəxslərdir. Bu səbəbdən də etnik və ya dini mənsubiyyət onlar üçün ikinci planda qalır. Əsas diqqət qarşılıqlı anlaşma və münasibətlərə yönəlir".
O, bildirib ki, bu meyl təkcə dünyada deyil, Azərbaycanda da getdikcə güclənir:
"Texnologiyaların inkişafı və qlobal mədəni təsirlər nəticəsində belə evliliklərin sayı artır. Bununla belə, dini amilin rolu hələ də tamamilə aradan qalxmayıb. Nadir hallarda da olsa, insanlar dini baxışlarının uyğunluğu səbəbilə ailə qururlar. Amma bu hallar statistik baxımdan çox azlıq təşkil edir".
Sosioloq bildirib ki, əcnəbilərlə ailə quranların arasında daha çox liberal düşüncəli, dünyagörüşü açıq qadınlar üstünlük təşkil edir:
"Onların evlilik qərarlarında sosial amillərin təsiri nisbətən zəif olur. Lakin bu cür evliliklər bəzən sosial problemlərə də yol aça bilir. Belə hallarda bəzi qadınlar rəsmi nikah bağlamadan birlikdə yaşayır və sonradan münasibətlərin pozulması ailə və sosial mühit baxımından ciddi çətinliklər yarada bilir".
Qeyd edək ki, son dövrlər azərbaycanlı qızların əcnəbilərlə evliliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olur, birmənalı qarşılanmır.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see138

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see129

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see127

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see126

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see122

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri