Bakıda qrunt SUYU ARTIR: Səbəb nədir? VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Son dövrlər Bakı ərazisində qrunt suyu çoxalıb. Xüsusən də paytaxtın Xəzər və Suraxanı rayonları ərazisində qrunt suyunun artması daha çox nəzərə çarpır.
Avtosfer.az-ın məlumatına görə, ekoloq Ənvər Əliyev hesab edir ki, son vaxtlar qrunt suyunun əvvəlki dövrlərə nisbətən daha çox artmasına səbəb ölkəyə düşən yağıntının miqdarıdır.
Onun sözlərinə görə, qrunt suyunun artmasının təbiətə faydası çoxdur: yaşıllıq sahələr artır, ağaclar, bitkilər daha yaxşı inkişaf edir. Lakin bununla yanaşı, fəsadları da kifayət qədərdir.
Ənvər Əliyev əlavə edib ki, qrunt suyunun yaşayış məntəqələrində müşahidə olunması evlərin zamanla qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. Eyni zamanda ərazidəki yol infrastrukturu da sürüşmə və ya qrunt suyu səbəbindən yarasız hala düşə bilər.
Daha ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















