Icma.az
close
up
RU
Azərbaycanlı qanuni oğru nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI

Azərbaycanlı qanuni oğru nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın paytaxtı Moskvada 1995-ci ildən bəri ilk dəfə "qanuni oğru"ların toplantısı dayandırılıb. Toplantı onlardan birinin yubileyi münasibətilə təşkil edilib.

Lent.az xəbər verir ki, belə bir hal sonuncu dəfə 1995-ci ildə Ramaz Dzneladzenin yubileyi zamanı "Ukrayna" mehmanxanasında qeydə alınıb. Ondan əvvəl isə ən səs-küylü toplantı 1992-ci ildə "Rospis" ləqəbli kriminal avtoritetin də iştirak etdiyi, Şurik Zaxarın "Solneçnıy" motelində təşkil etdiyi yığıncaq olub.

Tarixdə üçüncü belə hadisə isə bir neçə gün əvvəl, 32 ildir Moskvada yaşayan Suren Tavadovun yubileyi zamanı baş verib.

Məlumata görə, kriminal aləmdə "Suren Andijanski" ləqəbi ilə tanınan nüfuzlu "qanuni oğru" Suren Tavadov 50 yaşını qeyd etmək üçün dostlarını və yaxın qohumlarını restorana dəvət edib. Yubiley şəhərdən kənarda yerləşən "Novorijskaya Zastava" restoranında, yalnız ən yaxın adamların iştirakı ilə sakit şəraitdə keçirilib.

Lakin bu tədbir kriminal aləmlə mübarizə aparan hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətindən yayınmayıb.

Suren Tavadov kriminal aləmdə tanınmış simalardan biri hesab olunur. O, vaxtilə “Ded Xasan”ın ən yaxın adamlarından biri olub. O, Lujniki stadionunda keçirilən böyük toplantıda, kriminal aləmdə parçalanma baş verməzdən əvvəl "qanuni oğru" adı alan son şəxslərdən biri kimi tanınır.

Məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin və Moskva vilayəti polisinin əməkdaşlarının tədbirə müdaxilə etməsinə səbəb qonaqlar arasında digər vətəndaşlarla yanaşı, həm də "Diplomat Vaqif" ləqəbli Vaqif Süleymanov və "Torçik" ləqəbli iki "qanuni oğru"nun olması olub.

Müasir dövrün reallığına uyğun olaraq, hüquq-mühafizə orqanlarının "Siz qanuni oğrusunuzmu?" sualına tədbirdə iştirak edən şəxslərdən heç biri müsbət cavab verməyib.

Yubiley sahibi Suren Tavadovun özü isə barəsində hər hansı ittiham irəli sürülmədiyi üçün tədbiri problemsiz başa vurub. Məlumatda qeyd olunur ki, o, 10 il əvvəl verdiyi müsahibələrdə göründüyündən daha sağlam və yaxşı vəziyyətdə təsir bağışlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 İyun 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri