Azərbaycanlı qapıçıya “stop” Yusif İmanovun “Malişeva”ya keçidi sual altındadır
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanlı qapıçı Yusif İmanovun karyerasını Kosovada davam etdirəcəyini bildirmişdik. Gənc qolkiper bu ölkənin “Malişeva” klubu ilə anlaşıb.
Bu barədə Kosova klubu da rəsmi açıqlama yayıb. Onunla imzalanan sözləşmənin detalları isə açıqlanmayıb.
İmanov yeni klubu ilə müqavilə imzalasa da, orada çıxış etməsi çətin görünür. Belə ki, azərbaycanlı qolkiper “Sabah”la müqavilən birtərəfli pozub və transfer hüququ hələ də Azərbaycan klubundadır.
“Bayquşlar” isə oyunçunu təzminat qarşılığında buraxmaq niyyətindədir. Düzdür, bu məbləğ o qədər də böyük deyil.
Ancaq Yusifin transfer vəsiqəsi hələ də “Sabah”dır.
Kosova klubu futbolçunun xidmətindən istifadə etməsi üçün paytaxt təmsilçisi ilə anlaşmalıdır. “Malişeva” isə hələ də “Sabah”la əlaqəyə keçməyib.
Bu səbəbdən də millimizin sabiq üzvünün Kosova klubunda forma geyinməsi hələlik mümkün görünmür.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Avqust 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















