Icma.az
close
up
RU
Yusif İmanovun sabahı necə olacaq?

Yusif İmanovun sabahı necə olacaq?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“Sabah”la müqaviləni birtərəfli şəkildə pozan Yusif İmanov hələ də klubsuzdu.

"Football-plus.az" xəbər verir ki, gənc qapıçı yeni klub axtarışında olsa da, istəyinə nail ola bilməyib. Belə ki, futbolçunun meneceri Emil Əsədovla əlaqə saxladıqda əcnəbi klublara təklif göndərdiyini dedi. Lakin hələ də səs-soraq yoxdu. Yəqin ki, komanda tapılmayacaq da. Ağlı başında olan heç bir klub İmanovu heyətinə qatmaz. Niyə qatsın ki? Ümumiyyətlə, Yusifin “Sabah”dan ayrılmasının səbəbi nədi? Heyətə düşə bilməmək və toplanışa aparılmamaq.
Aydın məsələdi ki, Stas Pokatilov Yusifdən yaxşı qapıçıdı. Düzdü, Yusifin bir parlaq mövsümü olmuşdu, hətta milliyə də çağrılmışdı. Amma onda “Sabah”da hamı yaxşı idi, 5-6 futbolçu milliyə çağrılırdı. Ondan sonrakı mövsümlərdə isə nə qədər qeyri-sabit olduğu göz qabağında idi. Nicat Mehbalıyevin “Qəbələ”də icarə əsasında uğurlu mövsümü var idi. Onu da qaytardılar, o da inamı doğrulda bilmədi və iki yerli qapıçı ola-ola, klub legioner qapıçı gətirdi. Qazaxıstanlı Pokatilov Yusifdən həm təcrübəlidi, həm də daha inamlı.
Ən azı bu gün “Sabah”ın qapı ilə bağlı hansısa problemi yoxdu. Yusifin heyətə düşə bilməməsini qəbul etməməsi bir tərəfdən yaxşı haldı - əzmkarlığı və eqosu heyətdən kənarda qalmağa icazə vermir. Amma müqaviləni birtərəfli şəkildə pozmaq peşəkarlıqdan uzaq hərəkətdi. Klubla müqavilən var, birtərəfli şəkildə pozmaq nədi? Get rəhbərliklə danış, de ki, heyətə düşə bilmirəm, bu məqam inkişafıma mane olur, ayrılmağıma icazə verin. Bunu demisənsə, razılaşmayıblarsa, menecerin hansısa klubla danışıq aparsa, desin ki, müəyyən məbləğ ödənilsin, transfer edilsin. İnandırıcı deyil ki, heyətdə heç 3-cü olmayan qapıçını hansısa klub israrla saxlamağa davam etsin.
Futbolçunun meneceri klublara qapıçı ilə bağlı bilgi göndərir. Bir klub niyə bu bilgini qəbul etsin? Dörd mövsüm əvvəlki görüntülərə aldanacaq klub uzağı Qırğızıstandan ola bilər. Görüntülər bir qırağa, hansısa klub görsə ki, futbolçu heyətə düşə bilmədiyinə görə müqaviləyə xitam verib – bunu necə qəbul edəcək? “Sabah” futbolçudan kompensasiya tələb etməkdə də tam haqlıdı. Yusifin vəkili Elcan Həsənli də ağır yükün altına girib. İmanovun bu məhkəməni qazanması yenidən əsas heyətdə yer almağına bərabərdi.
Komandadaxili səbəblər nə olur-olsun, hansısa maliyyə problemi yoxdusa, futbolçunun maaşı vaxtında verilirsə, heç bir səbəb müqaviləni birtərəfli qaydada pozmağa əsas vermir. Müqavilə müddəti mövsümün sonunda bitirdi. Bir mövsüm də gözləsəydi, bəlkə də bundan yaxşı olardı. Onsuz da son mövsümü də ancaq ehtiyatda keçirmişdi. Bəlkə icarə əsasında, ya da hansısa yolla “Sabah” da Yusifin gedişinə icazə verərdi...
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri