Icma.az
close
up
RU
Azərbaycanlı rejissor ilk dəfə Hollivudda tammetrajlı bədii film çəkdi

Azərbaycanlı rejissor ilk dəfə Hollivudda tammetrajlı bədii film çəkdi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Rüstəm Vəkilovun mistik trilleri "Hell Hath No Fury"nin premyerası Los-Ancelesdə uğurla baş tutub.

Oxu.Az xəbər verir ki, Hollivud tarixində ilk dəfə tammetrajlı bədii filmi azərbaycanlı rejissor - Cənubi Kaliforniya Universitetinin (USC) Kino İncəsənəti fakültəsinin məzunu Rüstəm Vəkilov çəkib. Onun debüt işi olan "Hell Hath No Fury" - izləyicini ilk kadrdan son kadradək gərginlikdə saxlayan təsirli və fövqəltəbii triller artıq Los-Ancelesdə uğurla nümayiş olunub. Film yaxın günlərdə ABŞ və Avropanın aparıcı kinoteatrlarında nümayişə çıxacaq.

Ssenari müəllifi Dennis C. Uaylderdir. Onun hekayəsi insan emosiyalarının dərin qatlarını araşdırır və psixoloji dram elementlərini mistik trillerlə ustalıqla birləşdirir.

Filmin süjeti "psixiatr Eydan" (rolunu Mayls Krouford ifa edir - red.) ətrafında cərəyan edir. O, yeni doğulmuş körpəsini itirməyin acısı və dağılmaqda olan evliliyini xilas etməyə çalışır. Lakin bu çətin anlarda onun həyatında müəmmalı hadisələr baş verməyə başlayır: pasiyentlərindən biri amansızcasına qətlə yetirilir, klinikada isə sirli, yeni işçi peyda olur. Eydan həm ailəsini, həm də bağlanmaq təhlükəsi ilə üzləşən psixiatrik klinikanı xilas etməlidir.

Filmin aktyor heyəti onun əsas güclü tərəflərindəndir:

- Bruk Batler - "Eydan"ın həyat yoldaşı "Emili" rolunda ağrını və dözümlülüyü incəliklə çatdırır;

- Şarlin Rədlin - sirli yeni işçi "Lilli";

- Xayme Zevallos, Samba Şütte, Lorentso Antonuççi, Maykl Tayq - hər biri filmə özünəməxsus dərinlik və xarizma qatır.

Rüstəm Vəkilovun rejissorluğu ilə çəkilən "Hell Hath No Fury" real həyatla o biri dünyanın sərhədlərini silən gərgin və atmosferik bir filmə çevrilib. Rejissorun vizyonu Uaylderin ssenarisini intriqa və emosional dərinliklə zəngin bir ekran təcrübəsinə çevirir.

Layihənin xüsusi qürur mənbəyi isə azərbaycanlı bəstəkar Mikayıl Vəkilovun yazdığı orijinal "soundtrack"dir. Musiqini "Bakı Payızı 2023" müsabiqəsinin finalçısı Nazilə Əliyeva ifa edib və o, Hollivud filmində "soundtrack"i səsləndirən ilk azərbaycanlı müğənni olub.

Azərbaycanlı rejissor ilk dəfə Hollivudda tammetrajlı bədii film çəkdi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri