Icma.az
close
up
RU
Azərbaycanlı şagird və tələbələr UNESCOnun qərargahında qlobal problemləri müzakirə ediblər

Azərbaycanlı şagird və tələbələr UNESCOnun qərargahında qlobal problemləri müzakirə ediblər

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirildiyi günlərdə Azərbaycandan olan şagird və tələbələr BMT-nin digər platformasında - "Change the World Model United Nations" (CWMUN) konfransında ölkəmizi uğurla təmsil ediblər.

Trend xəbər verir ki, 2024-cü il noyabrın 21-23-də Parisdə UNESCO-nun qərargahında 40-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıdığı tədbirdə "Change the World" layihəsinin Azərbaycan üzrə təmsilçisi olan Shane Academy-nin təşkilatçılığı ilə ölkəmizdən 30 nəfər gənc beynəlxalq əməkdaşlıq, təhsil, elm, mədəniyyət və kommunikasiya kimi mövzuları əhatə edən qlobal problemlərin müzakirəsində iştirak edib.

"Change the World Model United Nations" təşkilatçıları ilk dəfə olaraq Azərbaycan təmsilçilərindən Nəzrin Hüseynli, Ayşe Nesli Gülençi ən yaxşı nümayəndə (Best delagation), Camal Əfəndi, Ayan Vəlizadə, Lalə Musayeva, Sabir Nərimanov, Aydan Cəbrayılova, Ruhəngiz Əsgərova isə fəxri iştirakçılar (Honorable Mention) kimi qiymətləndiriblər.

Şüarı “Dünyanı Dəyiş – Change the World” olan tədbirin məqsədi gəncləri beynəlxalq siyasət proseslərinə cəlb etmək və onlara qlobal diplomatiya bacarıqları öyrətməkdir. Tədbir iştirakçıları "game changers" (dəyişiklik yaradıcıları) mövzusunda müxtəlif simulyasiyalarda iştirak edərək mühüm qlobal problemlərin həlli yollarını müzakirə ediblər.

Tələbələrimiz bu tədbir vasitəsilə qərar qəbuletmə və diplomatik müzakirə, beynəlxalq əməkdaşlıq, qlobal siyasət proseslərinin iş prinsiplərini dərindən anlamaq fürsəti əldə ediblər.

Azərbaycanlı gənclər səfər çərçivəsində Eyfel qülləsi, Luvr muzeyi və Disneylend kimi tarixi və mədəni məkanları da ziyarət ediblər.

Model Birləşmiş Millətlər Təşkilatı (MUN) – tələbələrin BMT simulyasiyalarında iştirak etdiyi və qlobal problemləri həll etmək üçün diplomatik bacarıqlarını inkişaf etdirdiyi beynəlxalq platformadır. MUN tədbirləri gənclərə liderlik, müzakirə, analitik düşüncə və problem həlli bacarıqları qazandırır və onların qlobal məsələlərə dair məlumatlılığını artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri