Icma.az
close
up
RU
Azərbaycanlı şagird və tələbələr UNESCOnun qərargahında qlobal problemləri müzakirə ediblər FOTO

Azərbaycanlı şagird və tələbələr UNESCOnun qərargahında qlobal problemləri müzakirə ediblər FOTO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirildiyi günlərdə Azərbaycandan olan şagird və tələbələr BMT-nin digər platformasında - "Change the World Model United Nations" (CWMUN) konfransında ölkəmizi uğurla təmsil ediblər.

Milli.Az xəbər verir ki, 2024-cü il noyabrın 21-23-də Parisdə UNESCO-nun qərargahında 40-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıdığı tədbirdə "Change the World" layihəsinin Azərbaycan üzrə təmsilçisi olan Shane Academy-nin təşkilatçılığı ilə ölkəmizdən 30 nəfər gənc beynəlxalq əməkdaşlıq, təhsil, elm, mədəniyyət və kommunikasiya kimi mövzuları əhatə edən qlobal problemlərin müzakirəsində iştirak edib.

"Change the World Model United Nations" təşkilatçıları ilk dəfə olaraq Azərbaycan təmsilçilərindən Nəzrin Hüseynli, Ayşe Nesli Gülençi ən yaxşı nümayəndə (Best delagation), Camal Əfəndi, Ayan Vəlizadə, Lalə Musayeva, Sabir Nərimanov, Aydan Cəbrayılova, Ruhəngiz Əsgərova isə fəxri iştirakçılar (Honorable Mention) kimi qiymətləndiriblər.

Şüarı "Dünyanı Dəyiş - Change the World" olan tədbirin məqsədi gəncləri beynəlxalq siyasət proseslərinə cəlb etmək və onlara qlobal diplomatiya bacarıqları öyrətməkdir. Tədbir iştirakçıları "game changers" (dəyişiklik yaradıcıları) mövzusunda müxtəlif simulyasiyalarda iştirak edərək mühüm qlobal problemlərin həlli yollarını müzakirə ediblər.

Tələbələrimiz bu tədbir vasitəsilə qərar qəbuletmə və diplomatik müzakirə, beynəlxalq əməkdaşlıq, qlobal siyasət proseslərinin iş prinsiplərini dərindən anlamaq fürsəti əldə ediblər.

Azərbaycanlı gənclər səfər çərçivəsində Eyfel qülləsi, Luvr muzeyi və Disneylend kimi tarixi və mədəni məkanları da ziyarət ediblər.

Model Birləşmiş Millətlər Təşkilatı (MUN) - tələbələrin BMT simulyasiyalarında iştirak etdiyi və qlobal problemləri həll etmək üçün diplomatik bacarıqlarını inkişaf etdirdiyi beynəlxalq platformadır. MUN tədbirləri gənclərə liderlik, müzakirə, analitik düşüncə və problem həlli bacarıqları qazandırır və onların qlobal məsələlərə dair məlumatlılığını artırır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri