Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb VİDEO
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Bu gün imam Hüseyn və 72 səhabəsinin şəhadətinin qırxıncı günüdür. Ərbəin adlanan bu gün Kərbəla şəhidlərinin xatırlandığı tarix kimi yaddaşlara köçüb. Ərbəin milyonlarla insanın İraqın Kərbəla şəhərinə piyada yürüş etdiyi və xüsusi duaların oxunduğu dini ənənəyə çevrilib.
Hazırda dünyanın diqqəti yenə Kərbəlaya yönəlib. İraqda Ərbəin yürüşlər və müxtəlif matəm mərasimləri ilə qeyd olunur.
Modern.az-ın məlumatına görə, Kərbəlaya axın edən Ərbəin yürüşçüləri arasında azərbaycanlılar da çoxdur.
Ərbəin yürüşündə iştirak edən azərbaycanlı zəvvarların saytımıza verdikləri məlumata görə, Kərbəlaya uzanan yollarda Qarabağ döyüşlərində şəhidliyə ucalmış qəhrəmanlarımızın da şəkilləri asılıb, onların ruhuna dualar oxunur, ehsanlar verilir.
İraq Xəbər Agentliyinin (INA) məlumatına görə, Ərbəin mərasimlərində iştirak etmək üçün İraqa 4,4 milyondan çox xarici ziyarətçi daxil olub.
Modern.az Kərəbəla yolunda asılan azərbaycanlı şəhidlərin anımını əks etdirən videonu təqdim edir:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Avqust 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















