Şəhidlərin şəkilləri olan keçiddə biabırçılıq... VİDEO
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının bir çox yerində olduğu kimi, Xocəsən metrosunun üzərində yerləşən yerüstü piyada keçidi də baxımsız və nəzarətsizdir.
Bakupost.az xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov paylaşım edib.
Onun yaydığı görüntülərdən aydın olur ki, yerüstü keçiddə butulkalar, narkotik maddələrdən istifadə olunduğuna işarə edən iynələr və ümumi natəmizlik var.
Videonu göndərən şəxs keçidin "çox iyrənc və bərbad vəziyyətdə" olduğunu yazıb:
"Axşam alkoqol aludəçiləri və narkomanların əlindən adam burdan keçməyə qorxur. Məcbur olub avtomobil yolunu keçirsən, o da ki, çox təhlükəlidir. Şəhidlərimizin şəkilləri olan keçid bu gündə olmamalıdır. Xahiş edirik, bura nəzarət olunsun”.
Aysel,
BakuPost

