Icma.az
close
up
RU
Azərbaycanlı sürücülərdən ETİRAZ: İranda bizi həftələrlə çöllükdə əsir kimi gözlədirlər

Azərbaycanlı sürücülərdən ETİRAZ: İranda bizi həftələrlə çöllükdə əsir kimi gözlədirlər

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Son günlərdə İranda Naxçıvandan Bakıya gedən sürücülərə təzyiqlərin artırıldığı ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, sürücülər günlərlə sərhəddə ac-susuz saxlanılırlar, çöllük ərazidə toz-torpaq içində gözlədilirlər.

Məsələni araşdırmaq üçün TIR sürücülərinin toplaşdığı əraziyə üz tutduq.

30 ildir ki, TIR sürücüsü olan Rasim Rüstəmov Oxu.Az-a açıqlamasında bu fikirləri səsləndirib:

"Son bir ildir ki, bizə əziyyət verirlər. Növbələr inanılmaz dərəcədə çoxalıb. İran maşınlarına daha çox yer verirlər, bizim TIR-ları gözlədirlər. Məsələn, 100 İran maşını keçirsə, heç olmasa, 50 TIR da bizim olsun. Bizdən ardıcıl hər gün 50 maşın buraxsalar, yaxşı olar. Niyə bunu etmirlər? İran maşınlarını daha çox buraxırlar. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizə də növbə çatsın, həftələrlə gözləməyək".

Digər təcrübəli sürücü Süleyman Qaybaliyev isə deyib ki, İran tərəfi 50 və ya 100 litr yanacaq keçirməyə icazə vermir ki, gömrüyü keçsinlər:

"Ancaq Azərbaycan onlara 200 litr keçirməyə icazə verir. Axı bu, ədalətsizlikdir. Bundan əlavə, bizi qumluq ərazidə əsir kimi həftələrlə saxlayırlar. O torpaqda insan yaşamaz. Həftələrlə torpağın içində yaşamaq olar? Ömürdən gedir. O torpaq birbaşa xəstəlik mənbəyidir".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara bir neçə gün əvvəldən sorğu verilsə də, cavab hələ də yoxdur.

Daha çox foto burada: PhotoStock.az

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri