Icma.az
close
up
RU
İranda çılpaq etiraz

İranda çılpaq etiraz

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ötən şənbə günü Tehranda baş vermiş qeyri-adi və qalmaqallı təkbaşına etiraz aksiyası hələ də ölkə gündəmində qalmaqda və müxtəlif reaksiyalar doğurmaqdadır.

Oxu.Az xəbər verir ki, bununla bağlı "Azad İran" "YouTube" kanalı süjet hazırlayıb.

Həmin gün İranda geniş filiallar şəbəkəsinə malik Azad İslam Universitetinin Elm və Tədqiqat bölməsinin tələbəsi olan bir qızın yarıçılpaq şəkildə təhsil müəssisəsinin qarşısında gəzişdiyini əks etdirən təqribən bir dəqiqəlik videogörüntü sürətlə sosial şəbəkələrdə yayılıb. Videonun sonunda həmin qızın mülki geyimli şəxslər tərəfindən zorla avtomobilə oturdularaq aparıldığı da əksini tapıb.

Yayılan məlumatlara görə, tələbə qız məcburi hicab qaydalarına riayət etmədiyi, dəqiq desək, baş örtüyü olmadığı üçün universitetin mühafizə xidməti və tələbələrin "Bəsic" təşkilatının üzvləri tərəfindən təzyiqlərə məruz qalıb. Onlar müvafiq araşdırma aparmaq üçün qızı zorla xüsusi otağa aparmaq istəyiblər, lakin o, müqavimət göstərdiyindən üst geyimi cırılıb. Belə olduqda qız şalvarını da çıxararaq mühafizə və "Bəsic" əməkdaşlarına doğru atıb və universitetin qarşısına çıxaraq məcburi hicaba özünəməxsus şəkildə etirazını ifadə edib. Az sonra "Bəsic" üzvləri onu saxlayaraq polisə təhvil veriblər.

Məsələnin geniş əks-səda doğurduğunu görən universitet rəhbərliyi qızın hərəkətini onun guya psixi pozuntusu olması ilə izah edib. İddia olunub ki, həmin qız auditoriyaya girərək tələbələri və müəllimi videoya çəkmək istəyib, amma etirazla qarşılaşdığı üçün paltarını çıxararaq, universitetin önündə var-gəl etməyə başlayıb.

İran Tələbə Jurnalistlər Birliyinin icraçı direktoru və sözügedən universitetin mətbuat katibi Seyid Əmir Məhcub bu məlumatı özünün "X" hesabında yayaraq tələbə qızın hicabla bağlı heç bir zorakılığa məruz qalmadığını bildirib. Lakin bu məlumata inanan olmayıb, hətta izləyicilərdən biri belə yazıb:

"Hə, deməli, mühafizə onu incidib, çünki sizin təkzibiniz təsdiq hesab olunur".

Başqa bir istifadəçi isə tələbə qızın məhz hicabla bağlı xəbərdarlıqdan sonra bu addımı atması barədə "Fars" informasiya agentliyinin hadisədən az sonra yaydığı məlumatı paylaşaraq, onun yalan danışdığını vurğulayıb. Lakin axşama doğru həmin agentlik bu xəbərə düzəliş edib və universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatı paylaşaraq yazıb:

"Əxlaqa zidd hərəkət etmiş tələbə universitetin mühafizə xidməti tərəfindən polis idarəsinə təhvil verilib. Universitetdən bildirilib ki, o, güclü stress vəziyyətində olub və psixi pozuntusu varmış, özü də ərindən ayrılıb və iki uşaq anasıdır".

İranda çılpaq etiraz

İranda çılpaq etiraz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Noyabr 2024 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri