Icma.az
close
up
RU

Azərbaycanlı tələbə MDB hökumət başçılarına Xəzərin dayazlaşması ilə bağlı layihə təqdim edib

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycandan olan tələbə MDB ölkələrinin hökumət başçılarının Azərbaycanın Baş Naziri Əli Əsədovun iştirakı ilə Moskvada keçirilən iclası çərçivəsində “Xəzər Orbiti” layihəsinin təqdimatında iştirak edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, MDB ölkələrinin tələbə və aspirantlarının “Sərhədsiz Universitet: hər kəsin ideyaları – hamı üçün gələcək” strateji sessiyasının 3-cü yekun mərhələsi çərçivəsində iki beynəlxalq finalçı komanda öz mühəndis layihələrini təqdim edib.

Xəzər dənizinin dayazlaşması problemlərinin həlli üçün kosmik monitorinq və transsərhəd sudan rasional istifadə texnologiyası üzrə “Xəzər Orbiti” layihəsini tərtib edənlər arasında həmyerlimiz, G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin 4-cü kurs tələbəsi Vüsal Məhərrəmov da olub.

Azərbaycanın Baş Naziri Əli Əsədov həmyerlimizə əməyinə görə təşəkkür edib, ona təhsilində uğurlar arzulayıb.

Vüsal Məhərrəmov azərbaycanlı jurnalistlərlə söhbətində layihə üzərində işindən danışıb. “Layihə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün çox aktualdır. Xəzər dənizinin dayazlaşması regionun bütün ölkələri üçün problemdir və bu, MDB ölkələrinin həyata keçirdiyi bir çox layihələri təhlükə altına qoya bilər”, - deyə o bildirib.

V. Məhərrəmov qeyd edib ki, bu, problemin Azərbaycan üçün aktuallığını izah edir. Layihə üzərində aparılan işlər zamanı universitetlər arasında əməkdaşlığı inkişaf etdirmək mümkün olub və səliqəli iş nəticəsində layihələr MDB ölkələrinin hökumət başçılarına təqdim edilib. "Xəzər Orbiti” layihəsi layiqli qiymət alıb", deyə azərbaycanlı tələbə yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see178

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see157

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see137

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see126

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see124

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see122

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see120

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see119

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see118

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see116

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see115

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri