Icma.az
close
up
RU
Azərbaycanlı tibb aliminin elmi araşdırması nüfuzlu “New England Journal of Medicine” jurnalında dərc olunub

Azərbaycanlı tibb aliminin elmi araşdırması nüfuzlu “New England Journal of Medicine” jurnalında dərc olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 24 oktyabr, AZƏRTAC

Professor, tibb elmləri doktoru, Almaniyanın Reyn-Ziq bölgəsində klinika direktoru vəzifəsində çalışan Nuran Abdullayevin elmi araşdırması və məktubu “New England Journal of Medicine” (NEJM) jurnalında dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Nuran Abdullayev piylənmənin müalicəsində istifadə olunan iki dərman – “Tirzepatid” (GIP-GLP-1 reseptor aqonisti - “Mounjaro”) və “Semaglutid” (GLP-1 reseptor aqonisti - “Wegovy”) arasındakı fərqləri elmi kontekstdə şərh edib. Professor vurğulayıb ki, bu tədqiqatlar əsasən çəki itkisinə və metabolik nəticələrə fokuslansa da, visseral orqan piylənməsi, əzələ kütləsindəki dəyişikliklər və sümük mineral sıxlığı (BMD) kimi mühüm komponentlər hələ də kifayət qədər öyrənilməyib. O bu dərmanların metabolik sağlamlığa və skelet sistemi üzərinə təsirlərinin tam şəkildə qiymətləndirilməsi məqsədilə gələcək tədqiqatlar üçün MRT əsaslı bədən tərkibi ölçmələri və DXA+MRT kombinasiyası kimi müasir görüntüləmə metodlarının tətbiq olunmasını elmi əsasla təklif edib.

Qeyd edək ki, dünyanın ən nüfuzlu tibb jurnallarından olan “New England Journal of Medicine”də hər hansı məqalənin dərc olunması tibb aləmində böyük hadisə, müəllif üçün yüksək elmi uğur sayılır. 1812-ci ildən nəşr edilən bu jurnal klinik tibb sahəsində ən mötəbər elmi mənbə sayılır. ABŞ-da çap olunan NEJM dünyada bütün tibbi nəşrlər arasında ən yüksək təsir əmsalına (Impact Factor) malik jurnallardandır. Jurnala məqalə qəbulu üçün çox ciddi seçim prosesi həyata keçirilir. Belə ki, nəşrə təqdim edilən məqalələrin çox az qismi – cəmi 10 faizi, xüsusən də dərin elmi əsaslandırmaya malik və beynəlxalq əhəmiyyətli elmi məqalələr dərc olunur.

Böyük oxucu kütləsi olan jurnalda yayımlanan işlər dünyada həkimlər, alimlər, səhiyyə üzrə yüksək vəzifəli siyasətçilər və beynəlxalq klinik protokol hazırlayan komissiyalar tərəfindən oxunur. Müalicə standartlarının dəyişdirilməsinə təsir edəcək səviyyəyə malik bu jurnalda hər hansı məqalənin yayımlanması həmin işin dünya miqyasında yüksək elmi və klinik dəyərini göstərir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri