Icma.az
close
up
RU
Azərbaycanlı triatlonçudan ilk Tarixi medal+Fotolar

Azərbaycanlı triatlonçudan ilk Tarixi medal+Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Triatlon üzrə Azərbaycan milli komandası növbəti uğuruna imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, komanda Misir Ərəb Respublikasında keçirilən Afrika Triatlon, Aquatlon və Duatlon Kuboku yarışlarında ölkəmizi Elit kateqoriyalarda təmsil edib. 

13–14 fevral tarixlərində baş tutan yarışların ən mühüm nəticəsi Leyla Abduləzizovanın payına düşüb. Qadınların Elit kateqoriyasında çıxış edən idmançımız Afrika Duatlon Kubokunda 3-cü yerə layiq görülərək bürünc medal qazanıb. Bu nəticə Azərbaycan triatlonu üçün yerli idmançılarla bağlı tarixi əhəmiyyət daşıyır. İlk dəfədir ki, milli komandanın azərbaycanlı triatlonçusu belə səviyyəli Afrika Kuboku yarışlarında medal əldə edir.

Bundan başqa, 13 fevralda Afrika Triatlon Kubokunda start xəttinə millimizin üzvü Əli Rzazadə də çıxıb. Yeniyetmə yaş kateqoriyasına aid olmasına və yarışın ən gənc iştirakçısı olmasına baxmayaraq, idmançımız məsafəni başa vuraraq beynəlxalq səviyyədə mühüm yarış təcrübəsi qazanıb. 14 fevralda təşkil olunan Afrika Aquatlon Kubokunda isə Ə.Rzazadə Elit kateqoriyada 7-ci yeri tutub.

Daha bir təmsilçimiz eyni gündə keçirilən Afrika Duatlon Kubokunda ölkəmizin şərəfini qoruyub. Millimizin üzvü Toğrul Məmmədli Elit kateqoriyada yarışı 4-cü pillədə başa vurub.

Qadınların Elit kateqoriyasında mübarizə aparan Milanə Xəlilova isə yarışı 5-ci yerdə tamamlayıb.

Sadalanan nəticələr Azərbaycan idmanı üçün önəmli və bir o qədər də perspektivli hesab edilir, qazanılan uğurlar ölkədə adıçəkilən idman növünə marağı artırır. Azərbaycan Triatlon Federasiyası da idmançıların beynəlxalq yarışlarda əldə etdikləri nəticələri yüksək qiymətləndirir və onların gələcək startlarda uğurla çıxış edəcəklərinə inanır.









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Fevral 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri