Icma.az
close
up
RU
Azərbaycanlı alimlərdən bir ilk! Fotolar

Azərbaycanlı alimlərdən bir ilk! Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Türkiyədə azərbaycanlı alimlərin müəllifi olduğu yeni kitab dərc olunub. Müasir tibbin ən yeni dövrünü özündə əks etdirən “Onkoloji ginekologiya” adlı monoqrafiya akademik Əhliman Əmiraslanov, professor Abuzər Qazıyev və uzman həkim Əkbər İbrahimov tərəfindən qələmə alınıb.

“Qafqazinfo”  xəbər verir ki, dünyaca məşhur “Nobel Tibb Kitab Evləri” Beynəlxalq Nəşriyyat və Poliqrafiya şirkətində böyük tirajla çap olunan kitab 1048 səhifədən ibarətdir.

Nəfis tərtibatla dizayn edilmiş monoqrafiya onkoloji ginekologiyaya aid bütün mövzuları geniş əhatə edir. Kitabın elmi redaktoru “H” indeksi kifayət qədər yüksək (28) olan dünya şöhrətli məşhur onkoginekoloq, Türkiyə Cümhuriyyətinin Hacettepe Unversitetinin Onkoloji Ginekologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Mehmet Coşkun Salmandır. Monoqrafiyanın tibb tələbələri üçün faydalı dərslik, onkoginekoloqlar üçün stolüstü kitab ola biləcəyini qeyd edən M.C.Salman “Onkoloji Ginekologiya”nı tibbi ədəbiyyata töhfə kimi dəyərləndirib.

Monoqrafiyanın rəyçiləri Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, dünya şöhrətli alim, akademik Cəmil Əziz oğlu Əliyev və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Cəmilə Fazil qızı Qurbanovadır.

Əsər müəlliflərin uzun illik şəxsi tədqiqatları və zəngin təcrübi bilikləri əsasında yazılıb. Kitabda 3000-ə yaxın dünya ədəbiyyatından seçilmiş məlumatların təhlili aparılıb, xarici mənbələrlə yanaşı, Azərbaycan alimlərinin də əsərlərinə istinadlar edilib. Monoqrafiyada onkoginekologiyanın bütün vacib məsələləri və bölmələri yer alıb. Burada həm ayrı-ayrı nozoloji formalar barədə müfəssəl məlumat verilib, həm də onkoginekoloji praktikada elmi-təcrübi əhəmiyyət kəsb edən məsələlər müvafiq fəsillərdə ətraflı şərh edilib.

Kitab məzmun, tərtibat və elmi yenilik baxımından onkoloji ginekologiyaya dair Azərbaycan dilində yazılmış ilk irihəcmli orijinal əsərdir. Monoqrafiyada onkoginekologiyaya aid problemlərin aktuallığı, müasir tibbin yeni imkanları, eləcə də əldə olunan nəticələrin səhiyyə praktikasına tətbiqi yer alır. Geniş şəkildə və əhatəli təsvir edilən mövzular həkim oxucular üçün çox faydalı olacaq.

Dünya tibb elminə dəyərli töhfə hesab edilən “Onkoloji Ginekologiya”nın müasir dizayn və nəfis tərtibatla çapdan çıxması bir daha sübut edir ki, ölkəmizdə tibb elmi, o cümlədən onkologiya görkəmli milli mütəxəssislərimizin birgə səyi sayəsində dövlət qayğısına söykənərək dinamik inkişafdadır. Bu gün Azərbaycan həkimləri beynəlxalq əlaqələrini genişləndirir, əldə etdiyi nailiyyətlərlə dünya tibb elminə inteqrasiya edir. Monoqrafiya onkoloqlar, onkoginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan mütəxəssislər, bu sahədə elmi-tədqiqat işləri aparan əməkdaşlar, onkologiya ixtisası üzrə rezidentura və doktoranturada təhsil alan həkimlər, təbabətin müxtəlif sahələrində çalışan, gündəlik fəaliyyətlərində onkoginekoloji xəstəliklərlə rastlaşan doktorlar üçün nəzərdə tutulub.

Həmçinin kitabdan onkoloji xəstəlikləri olan pasiyentlər, eləcə də sağlam əhali faydalana, maariflənə bilər. Bu baxımdan, monoqrafiya kifayət qədər geniş oxucu kütləsinə xitab edən qiymətli əsərdir.

Qeyd edək ki, ciddi elmi tələbləri olan “Nobel Tibb Kitab Evləri” Beynəlxalq Nəşriyyat və Poliqrafiyada ilk dəfədir azərbaycanlı müəlliflərin kitabı çap olunub. Sözügedən nəşriyyatın əsas tələbləri arasında kitabın elmi redaktorunun H indeksinin ˃10 olması və bənzərlik indeksinin (similarity index report) ˂15% olması yer alır.

Könül Cəfərli





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 May 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri