Icma.az
close
up
RU
Azərbaycanlı uşaqlar türkiyəli həmyaşıdlarını təbrik ediblər

Azərbaycanlı uşaqlar türkiyəli həmyaşıdlarını təbrik ediblər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul, 21 aprel, Günel Karatepe, AZƏRTAC

“TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının bu həftəki buraxılışı Türkiyədə qeyd edilən 23 Aprel – Beynəlxalq Suverenlik və Uşaq Bayramına həsr olunub. Proqramda azərbaycanlı uşaqlar Türkiyəli həmyaşıdlarını bu mötəbər gün münasibətilə təbrik edib, onlar üçün Azərbaycan musiqisi səsləndiriblər.

Bununla bağlı proqramının müəllifi və aparıcısı Səidə Ömər AZƏRTAC-a müsahibə verib.

O bildirib ki, hər il Türkiyədə rəsmi bayram kimi qeyd olunan bu gündə dünyanın hər yerindən, eləcə də Azərbaycandan uşaqlar iştirak edirlər: “Mənim təşəbbüsümlə hazırlanan verilişdə Bakı şəhəri Səid Rüstəmov adına 13 nömrəli musiqi məktəbinin şagirdlərinin təbrik mesajları və musiqi alətlərində ifa etdikləri əsərlər izləyicilərə təqdim olunub. Verilişdə tar, qarmon və qanun alətlərində Azərbaycan xalq mahnıları və milli rəqslər ifa olunub. Proqrama Azərbaycandan telefon bağlantısı ilə Bakı Atatürk Liseyinin 5-ci sinif şagirdi, eyni zamanda musiqi məktəbində tar ixtisası üzrə təhsil alan Əjdər Ömərzadə də qatılaraq Azərbaycan uşaqları adından bütün həmyaşıdlarını təbrik edib, tarda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Ey Səba yeli” əsərini ifa edib”.

Səidə Ömər qeyd edib ki, bu cür proqramların keçirilməsi hər iki ölkənin uşaqları arasında birlik və bərabərliyin möhkəmlənməsi, eləcə də ölkələrimizin gələcəyi baxımından olduqca vacibdir.

O, proqramın həyata keçirilməsində əməyi keçən musiqi məktəbinin direktoru Tofiq Salmanova və bütün kollektivə təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri