Icma.az
close
up
RU
Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır

Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiyalı deputatlar ölkə məktəblərində bir sinifdə bir nəfərdən artıq miqrant uşağın təhsil almasının qadağan olunmasını təklif ediblər. 

Bu barədə Rusiya təhsil naziri Sergey Kravtsova ünvanlanan müraciətdə qeyd olunub. Müraciətdə nazirdən təklifin məqsədəuyğunluğunu qiymətləndirməsi və dəstəklədiyi halda Təhsil Nazirliyinin müvafiq departamentlərinə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması tapşırığının verilməsi xahiş olunub. Xatırladaq ki, Dövlət Dumasına Rusiyada miqrant uşaqların məktəblərdə pulsuz təhsil almasının qadağan edilməsini və yalnız ödənişli əsaslarla təhsil imkanının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edilib. 

Bu gün digər ölkə vətəndaşları ilə yanaşı, Rusiyada yaşayan kifayət qədər azərbaycanlılar var. Onların övladları da Rusiyada fəaliyyət göstərən məktəblərdə təhsil alırlar. Hər sinifdə bir miqrant uşağının təhsil alması, eləcə də həmin uşaqlara ödənişli əsaslarla təhsilin tətbiqi orada yaşayan azərbaycanlı uşaqların təhsildən yayınmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, son günlər Rusiya Dövlət Dumasının atdığı addımlar digər müttəfiqliyə adekvat deyil: 

“Yəni həm təhsil sistemi, həm miqrantlarla bağlı problemlər yaşayırlar. O ki qalda birbaşa təhsillə bağlı, Azərbaycanda 340 rus bölməsi olan məktəb var. Onlardan 17-si sırf rus dilində tədris verən məktəblərdir. Məsələ orasındadır ki, bu günə qədər Rusiya dövlətinin heç bir qayğısı olmadan həmin məktəblər fəaliyyət göstərib. 

O cümlədən, Azərbaycanda miqrant olan, hətta miqrant olmayan, məsələn, səfirlərin, ölkəmizdə iş quran insanların, beynəlxalq şirkətlərin nümayəndələrinin övladlarına burada təhsil verilir. Onlara heç bir ayrı-seçkilik qoyulmur. Azərbaycan dövləti onların dərs vəsaitləri ilə təminini də öz üzərinə götürür”. 

Rusiyanın bu addımına gəldikdə isə ekspert deyir ki, bu, artıq Azərbaycana qarşı kin-küdurətdən irəli gəlir: 

“Təxminən orada 2 milyona yaxın azərbaycanlı var. Onların əksəriyyəti ailəvi yaşayır və övladları da var. Bu kimi məsələlər bir qədər də arada olan böhranı, münasibəti gərginləşdirir. Bu, Rusiya- Azərbaycan münasibətlərindən asılı olmayaraq digər ölkələrə də şamil olunur və artıq yaxın qonşu ölkələr üçün də ciddi konflikt mərkəzi olacaq”. 

Ödənişli təhsilə gəldikdə isə ekspertin sözlərinə görə, həmin məktəblərlə bağlı heç nə tələb edilmir: 

“Ancaq Rusiya nəinki tələb edir, hətta ağırlaşdırıcı şərtlər qoyurlar. Bu şərtlər oradakı miqrant övladları üçün problem yaradacaq. Artıq bu, o deməkdir ki, övladlarına təhsil vermək üçün onlar Rusiyadan getməlidirlər.

Bu gün Azərbaycana Ukraynadan gələn qaçqınlar, Rusiyadan gələn nümayəndələr var ki, onlara ən yaxın məktəblərdə təhsil  üçün şərait yaradılır. Ancaq orada uşaqlar təhsildən kənarda qalacaq ki, bu da azərbaycanlıların Rusiyadan tədricən çıxarılmasına səbəb olacaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Avqust 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri