Icma.az
close
up
RU
Azərbaycanlı və macar botaniklər mikoloji tədqiqatlar barədə müzakirə aparıblar AZƏRTAC

Azərbaycanlı və macar botaniklər mikoloji tədqiqatlar barədə müzakirə aparıblar AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva, Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri, dosent Dilzarə Ağayeva, Herbari şöbəsinin müdiri dosent Pərvanə Qaraxani, Elmi katib Nigar Mürsəl qızı Macarıstanda elmi ezamiyyətdə olublar.

Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, səfərin məqsədi Vakratot şəhəri Ekoloji Tədqiqat Mərkəzinin Ekologiya və Botanika İnstitutu ilə imzalanmış anlaşma memorandumuna əsasən əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlığa dair planları müzakirə etmək olub.

Ekoloji Tədqiqat Mərkəzinin Ekologiya və Botanika İnstitutunda professor S.İbadullayeva və dosent D.Ağayeva təmsil etdikləri elmi müəssisənin strukturu, botanika, mikologiya və ibtidai bitkilərin öyrənilməsi istiqamətində klassik morfoloji, müasir eksperimental yanaşmalarla aparılan işlərə dair məruzələrlə çıxış ediblər. Sonra digər xarici alimlərin çıxışları dinlənilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Görüş zamanı Ekoloji Tədqiqat Mərkəzinin Ekologiya və Botanika İnstitutunun direktoru professor Peter Odor elmi müəssisənin strukturu, elmi tədqiqat işləri, həmçinin əsas istiqamət olan meşə ekologiyası və meşə dinamikasına dair yerinə yetirilən 20 layihə barədə məlumat verib.

Professor S.İbadullayeva memorandum çərçivəsində görüləcək işlər barədə təkliflər səsləndirib və macar həmkarlarını 2025-ci ilin yay ayında Botanika İnstitutu tərəfindən keçiriləcək “Meşələrin tədqiqi və davamlı istifadəsi” adlı foruma dəvət edib.

Azərbaycanlı alimlər, həmçinin Botanika Bağında, Kişkunşaq Milli Parkında, Debresen Universitetində, Hortobagy Herder muzeyində də olublar.

Səfər Budapeştdə yerləşən Eötvös Lorand Universitetində çalışan professor Gabor M. Kovacs ilə birgə mikoloji tədqiqatların aparılmasına dair əməkdaşlıq üçün ilkin danışıqların aparılması ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri