Azərbaycanlı yazıçının “Abaddon” romanının Qahirədə təqdimatı olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Qahirə, 7 fevral, AZƏRTAC
Azərbaycan yazıçısı Rövşən Abdullaoğlunun ərəb dilinə tərcümə edilərək nəşr olunmuş “Abaddon” romanının Qahirə Beynəlxalq Kitab Sərgisində təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı yazıçı misirli kitabsevərlərlə görüşündə romanı haqqında fikirlərini bölüşüb, ziyarətçilərin suallarını cavablandırıb.
“Bu səfərim sərginin təşkilat komitəsinin dəvəti və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Bu il Misirdə daha iki kitabımın nəşri nəzərdə tutulub. Nəşriyyatın rəhbəri tərəfindən gələnilki Qahirə kitab sərgisinə dəvət aldım. Növbəti ildə burada 3 kitabımın daha geniş formatda təqdimatı nəzərdə tutulur”, - deyə yazıçı bildirib.
Bundan başqa, R.Abdullaoğlu Qahirə kitab sərgisinin beynəlxalq salonunda “Hər yazıçının cavab verməkdən yorulduğu suallar” mövzusunda danışıb. O, çıxışında bütün yazıçılara ünvanlanan ümumi suallara toxunub. Qeyd edib ki, yazıçı və oxucuları birləşdirən ümumi düşüncələr, narahatlıqlar, maraqlar və dəyərlər vardır. Həmçinin, çıxışda kitabın dəyəri, sərgilərin önəmi barədə söhbət açılıb. Azərbaycanlı müəllif yazıçılıq təcrübəsini bölüşüb, ölkəmizdə kitab sənayəsindəki təcrübələri diqqətə çatdırıb, kitaba sevgini aşılamaq üçün görülən işlərdən danışıb. Tədbir iştirakçıları yazarın romanlarının süjetləri, yazı üslubu, müraciət etdiyi janrlar barədə maraqlanıblar.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Fevral 2025 04:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















