Icma.az
close
up
RU
Azərbaycanlılar 3 virtual qumarın girovluğunda

Azərbaycanlılar 3 virtual qumarın girovluğunda

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda son illər onlayn qumar və virtual kazino oyunları sürətlə yayılaraq ciddi sosial problemə çevrilməkdədir. Əyləncə və maraq xatirinə başlayan bir çox vətəndaş qısa müddətdə bu platformaların asılılığına düşür, nəticədə ailə münasibətləri pozulur, maliyyə problemləri dərinləşir, bəzən isə bu proses cinayət və hətta intihar halları ilə nəticələnir. 
Hazırda Azərbaycanda onlayn kazino fəaliyyətinə rəsmi icazə verilməyib. Buna baxmayaraq, xarici platformalar, xüsusilə Mostbet, 1xBet və Pin-Up kimi saytlar ölkə vətəndaşları üçün hələ də əlçatandır. Bu platformalar müxtəlif üsullarla, məsələn, sosial şəbəkələrdə reklam, “mirror” saytlar, VPN vasitəsilə giriş və mobil tətbiqlər vasitəsi ilə istifadəçilərə çatır. Nəticədə texniki bloklamalar tətbiq edilsə belə, istifadəçilər alternativ ünvanlar vasitəsilə yenidən bu saytlara daxil ola bilirlər.

Ekspertlər bildirirlər ki, bu saytların əsas təhlükəsi yalnız pul itkisi deyil. Onlar psixoloji asılılıq yaradan mexanizmlərdən istifadə edirlər. Davamlı bonuslar, “pulsuz spin”lər və sürətli uduş vədləri istifadəçiləri sistem daxilində saxlamağa hesablanıb. Psixoloqlar qeyd edir ki, qumar asılılığı artıq dünya miqyasında ciddi psixoloji problem kimi qəbul edilir. Mütəxəssislər dəfələrlə bildiriblər ki, qumar asılılığı insan beynində dopamin mexanizmini aktivləşdirir və nəticədə bu, narkotik və ya alkoqol asılılığına bənzər psixoloji bağlılıq yaradır. İnsan uduzduqca itirdiyini geri qaytarmaq üçün daha çox pul qoyur və nəticədə borc bataqlığına düşür.
Belə hallarda ailə münasibətləri də ciddi zərbə alır. Bir çox ailələrdə gizli kreditlər, borclar və maliyyə böhranı məhz virtual qumar səbəbindən ortaya çıxır.
Texniki mütəxəssislərin fikrincə, bu saytların tam bloklanması müəyyən çətinliklər yaradır. Çünki platformalar tez-tez domen dəyişir, “mirror” saytlar yaradır və istifadəçilərə alternativ giriş yolları təqdim edir.
İT mütəxəssisi Fərhad Mirəliyevin fikrincə, virtual qumarla mübarizədə ən effektiv üsullardan biri maliyyə kanallarının məhdudlaşdırılmasıdır: “Onlayn mərc və qumar platformalarının bloklanması texniki baxımdan mümkündür. Bu, həm DNS (Domain Name System) ünvanları, həm də IP ünvanları vasitəsilə həyata keçirilə bilər. Lakin məsələ təkcə texniki bloklama ilə məhdudlaşmır.
Burada əsas sual ondan ibarətdir ki, bu mərc oyunlarında iştirak edən şəxslər sistemə pulu necə daxil edir və qazandıqları vəsaiti necə çıxarırlar. Artıq məsələ elektron pul kisələri və digər maliyyə alətləri ilə bağlıdır. Baxmayaraq ki, bu fəaliyyətlər qanunvericiliklə qadağandır, vətəndaşlar xaricdə yerləşən, xarici rezident olan mərc və lotereya platformalarına müxtəlif maliyyə vasitələri ilə rahat şəkildə pul göndərə, depozit edə və qazandıqları məbləği geri çəkə bilirlər”.

Ekspert qeyd edib ki, bu vəziyyət müəyyən boşluqların mövcudluğuna işarə edə bilər: “Bunun hansı mexanizm vasitəsilə həyata keçirildiyini dəqiq demək çətindir. Lakin fakt ondan ibarətdir ki, maliyyə vəsaitləri hansısa kanallarla həmin platformalara daxil olur və oradan da çıxarılır”. Mütəxəssis deyib ki, hüquq-mühafizə orqanlarının açıqladığı bəzi kriminal xəbərlər də bu mexanizmlərin necə işlədiyinə müəyyən ipucları verir: “Tez-tez xəbərlərdə rast gəlirik ki, mütəşəkkil qruplar zərərsizləşdirilir və onlardan yüzlərlə bank kartı müsadirə olunur. Bu kartlar müxtəlif şəxslərin - bəzən ailə üzvlərinin adına rəsmiləşdirilmiş olur. Həmin şəxslərlə müəyyən razılaşmalar edilir və kartlar qanunsuz mərc oyunlarında istifadə olunur”.
F. Mirəliyev hesab edir ki, maliyyə axınlarının izlənməsi bu problemin həlli üçün əsas vasitələrdən biri ola bilər. “Bu məbləğlər istənilən halda müəyyən bank hesablarında görünür. Pulların kimin hesabına daxil olması, haradan və necə gəlməsi, eləcə də sonradan xaricə necə çıxarılması ciddi suallar yaradır. Buna görə də fəaliyyətin qarşısını almaq mümkündür. Birinci mərhələdə həmin saytların ünvanları bloklanmalıdır. Lakin əsas məsələ maliyyə dövriyyəsidir. Əgər bu platformalara pul daxilolmaları və oradan vəsaitlərin çıxarılması məhdudlaşdırılarsa, hətta saytlar tam bloklanmasa belə, onların fəaliyyəti faktiki olaraq mənasını itirəcək. Çünki bu sistemlərin əsas məqsədi maliyyə qazancıdır”.
Qeyd edək ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı mübarizə davam etdirilir:”Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər”, -DİN-in məlumatında bildirilir. (Musavat.com)
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Mart 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri