Icma.az
close
up
RU
“Azərbaycanlılar birbaşa “Ermənistan” deyilən ölkənin idarəçiliyində iştirak edəcək...”

“Azərbaycanlılar birbaşa “Ermənistan” deyilən ölkənin idarəçiliyində iştirak edəcək...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Bilirsiz ki, Azərbaycan dövləti Ermənistana qarşı təzminat məsələsi qaldırıbdır. Həmin təzminatın bir hissəsinin geri qayıdacaq azərbaycanlıların öz həyat şəraitini yaratmasına yönəldilməsi ilə bağlı təkliflər ola bilər. Həmçinin bu işlər üçün Azərbaycan dövləti tərəfindən də vəsait ayrıla bilər...”

“Xəbər verildiyi kimi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib. Hazırda hüquqi və faktiki cəhətdən Ermənistan ərazisi olan Qərbi Azərbaycana  soydaşlarımızın real qayıdış prosesinin həyata keçirilmə mexanizmini necə görürsüz? Təbii ki, bu, ağır  və çətin prosesdir. Qarabağın azad edilməsindən artıq 4 il keçib, amma 1 miyona yaxın məcburi köçkünün heç  5 faizini öz torpaqlarında daimi məskunlaşdıra bilməmişik. Bu mənada tarixi torpaqlarımıza dönüşümüz neçə illər çəkə bilər?” 

Moderator.az əməkdaşının  bu sualını 1993-2022-ci illərdə Qarabağ Azadlıq  Hərəkatının(2000-ci ildən Təşkilat adlandırılmış) rəhbəri olmuş Azad Vətən Partiyasının sədri Akif Nağı belə cavablandırıb: 

“Bəli, ötən söhbətimizdə dediyimiz kimi, Qərbi Azərbaycana qayıdış prosesi çox ağır bir prosesdir və onun mexanizmi də mövcu və gələcək reallığa uyğun olaraq ciddi şəkildə hazırlanmalıdır. Və təbii ki, müəyyən bir dövr keçməlidir, bunun müəyyən zamana ehtiyac var. Eyni zamanda beynəlxalq təşkilatlar da anlamalıdırlar ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır və azərbaycanlılar oraya mütləq qayıtmalıdır. Və göründüyü kimi bu istiqamətdə dövlətimiz və ictimaliyyətimiz tərəfindən gərəkli addımlar atılmaqdadır. Qeyd etdiyiniz beynəlxalq konfrans da, bu günlərdə parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilmiş “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmələr və s. də buna sübutdur...

Zaman yetişdikdə soydaşlarımızın Qərbi Azərbaycana qayıtması an məsələsi olacaq. O vaxt elə bir çətinlik olmayacaqdır.  Və elə bir şərait yetişəcək ki, azərbaycanlılar orada “Ermənistan” deyilən ölkənin, - və hətta ola bilər ki, adı da dəyişdirilsin - fərqi yoxdur, - azərbaycanlılar birbaşa hakimiyyətdə, ölkənin idarə edilməsində içtirak edəcəkdir. Bu halda isə kiminsə azərbaycanlılar üçün şərait yaratmasına ehtiyac da olmayacaq, onlar özləri-özləri üçün şərait yaradacaqdır. Bu işlərin həyata keçəcəyi vaxta gəldikdə, belə məsələlərdə  vaxt, çərçivə qoymaq çətindir... 

Artıq  4 ilə yaxındır ki, aparılan Qarabağın- işğaldan azad edilmiş torpaqların məskunlaşdırılması prosesi də çox ağır məsələdir. Mən dəfələrlə bu haqda mövqeyimi bildirmişəm. Məskunlaşma islərini sürətləndirmək üçün tədricən müəssisələr, evlər tikilməli, eyni zamanda bir müddət sonra hər kəsin özünə fərdi evlər tikməsi üçün də şərait yaradılmalıdır. Bu işlər müəyyən bir məqamda sürətlənəcək. Həmin məqam da o zaman yetişəcək ki, o torpaqlarımızda insanların yaşaması üçün əsas lazımi infrastruktur tam formalaşsın.  Əlbəttə, insanların yaşaması üçün ilk növbədə şərait və iş yerləri olmalıdır. Ən çətin məsələlərdən biri də iş yerləridir. İnsanları kütləvi şəkildə qaytarsaq və onlar üçün gərəkli sayda iş yerləri olmasa, bu cür məskunlaşma baş tutmaz. Bir sözlə, işğaldan azad edilmiş torpaqların məskunlaşdırılması prosesinə bir az səbir və dözümlə yanaşmaq lazımdır... Amma gərəkli işlər və proseslər gedir. Məsələn, mən bu yay aylarında Xankəndində, Şuşada, Laçında, Ağdamda oldum. Ağdam şəhəri ərazisində çox böyük tikinti işləri gedir. Rayonun isə ən azı üç kəndində yüzlərlə fərdi, həyət evləri tikilib. Xıdırlı və Sarıcalı kəndlərindəki evləri öz gözlərimlə gördüm.  Laçında iki böyük kənd salınıb, digər bir neçə kəndin də tikintisi gedir. Laçın və Qubadlı istiqamətlərində sürətlə yollar, tunellər çəkilir, hava limanı tikilir. Yəni çox böyük işlər görülür.  Əlbəttə, çox istərdik ki, məskunlaşdırma prosesləri daha sürətlə getsin. Amma reallıq var... Və bir mərhələdən sonra bu proseslər daha da sürətlənəcək. Yəni öncə dediyim kimi  şəhər və rayon mərkəzlərində bütün əsas lazımi infrastruktur formalaşandan sonra paralel olaraq həm dövlət özü tikinti işləri aparacaq, eyni zamanda onun ayırdığı subsidiyalar və s. hesabına insanlar özləri tikinti işləri aparacaq. Bax, əsil sürətlənmə, dönüş onda başlayacaq. Və ondan sonra, hesab edirəm ki, məskunlaşma prosesi bir neçə il ərzində başa çatacaq. Və o məqamı səbirlə gözləmək lazımdır. Onun üçün isə müəyyən  ilkin şərtlər yetişməlidir... 

Konkret Qərbi Azərbaycana qayıdışa gəldikdə, hesab edirəm ki, 1988-1989-cu illlərdə o torpaqlardan köçmüş soydaşlarımızın xeyli hissəsinin evləri salamatdır və onlar o torpaqlara döndükdə o evləri qısa müddətdə təmir edərək orada yaşamağa başlayacaqlar. Təbii ki,  o vaxtadək oradakı bərpa işlərinin də Ermənistanın ödəməli olduğu təzminat hesabına maliyyələşməsi də həllini tapacaq. Bilirsiz ki, Azərbaycan dövləti Ermənistana qarşı təzminat məsələsi qaldırıbdır. Həmin təzminatın bir hissəsinin geri qayıdacaq azərbaycanlıların öz həyat şəraitini yaratmasına yönəldilməsi ilə bağlı təkliflər ola bilər. Həmçinin bu işlər üçün Azərbaycan dövləti tərəfindən də vəsait ayrıla bilər. Yəni Ermənistan yoxsul və bədbəxt bir ölkədir. Bu baxımdan onların soydaşlarımızın qayıdışının təminatı üçün hansısa vəsait ayıra biləcəyi o qədər də inandırıcı deyil.  Amma orada evlərin bərpası və tikintisi üçün beynəlxalq donorların cəlb olunması da mümkündür. Bütün bunlar prosesin detallarıdır. Və əsas məsələ ondan ibarətdir ki, bütün çətinliklərə rəğmən azərbaycanlılar hökmən Qərbi Azərbaycana qayıtmalıdırlar və qayıdacaqlar da... Onların qayıdışının qarşısını alacaq hər hansı bir qüvvə və maneə yoxdur...”

Sultan Laçın   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri