Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycanlılar bu xarici universitetlərdə oxumamalıdır! XƏBƏRDARLIQ

Azərbaycanlılar bu xarici universitetlərdə oxumamalıdır! XƏBƏRDARLIQ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müraciətlərin təhlili onu göstərir ki, vətəndaşlarımızın bir hissəsi xarici ölkələrdə təhsil alarkən aidiyyəti qurum tərəfindən yerli akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan təhsil müəssisələrində təhsil alır. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaydığı məlumatda da qeyd olunub.

Bildirilib ki, qaydaların qeyd olunan müddəasındakı normativ tələbləri qarşılamayan və müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin verdiyi ali təhsil sənədlərinə TKTA tərəfindən imtina verilir.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə Modern.az-ın suallarını cavablandırılıb.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 29.12.2019-cu il tarixində imzaladığı müvafiq Fərmana əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) çevrilmə yolu ilə yenidən təşkil edilib.

"TKTA-nın fəaliyyət istiqamətlərindən biri də xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirməkdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya (Lissabon Konvensiyası)), “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir. Qaydaların 4-cü hissəsinə əsasən sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınma üçün başlıca şərtlərdəndir.

Ali təhsil müəssisəsinin lisenziyası dedikdə, həmin müəssisənin təsis olunduğu ölkədə təhsil fəaliyyəti göstərmək üçün dövlət qeydiyyatına alınması, eləcə də icazəsinin, başqa sözlə lisenziyasının olması nəzərdə tutulur. Akkreditasiya dedikdə isə təhsil müəssisəsinin öz fəaliyyətinə və ya tədris etdiyi təhsil proqramlarına hüquqi təminat əldə etmək üçün akkreditasiyadan keçməsi nəzərdə tutulur. Buna, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, müəssisədə keyfiyyət təminatı mədəniyyətinin formalaşması və təhsilin keyfiyyətinin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə razılaşdırmış və qəbul edilmiş praktikaya necə cavab verdiyinin müəyyən edilməsi daxildir. Bildiyiniz kimi, cari ilin may ayında tanınma üçün TKTA-ya edilən müraciətlərin təhlili nəticəsində yerli institusional akkreditasiyası olmadığı üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərin siyahısı ictimaiyyətə açıq elan olunmuşdu. Sözügedən siyahıya nəzər yetirdikdə doqquz ölkənin akkreditasiyası olmayan iyirmi altı ali təhsil müəssisəsinin diplomlarının TKTA tərəfindən tanınmadığı və xaricdə təhsil almaq istəyən vətəndaşlarımızın bu siyahını nəzərə almaları tövsiyə olunmuşdu", - o qeyd edib.

Şuranın sədri Ukraynanın yeddi universitetinin Gürcüstandakı filiallarını xüsusi qeyd edib. O bildirib ki, həmin filialların həm lisenziyası, həm də akkreditasiyası mövcud deyil.

"Onu da qeyd edim ki, bizdə olan məlumata əsasən Gürcüstan vətəndaşları həmin filiallarda təhsil almırlar. Bununla yanaşı, İsveçrə Konfederasiyası və Birləşmiş Krallığın müxtəlif universitetlərinin ölkə xaricində filiallar açdığını qeyd etmək istərdim. Bu zaman onlar yerli qanunvericiliyə istinad etməyərək həmin fillialların fəaliyyət göstərəcəyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən institusional akkreditasiyadan keçməyi nəzərdən qaçıraraq müxtəlif proqram akkreditasiyalarına üstünlük verirlər. Eyni zamanda, İsveçrə Konfederasiyasında fəaliyyət göstərən və həmin ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən institusional akkreditasiyadan keçməyən bir neçə universitetdə (1-İsveçrədə Amerika Tətbiqi Elmlər İnstitutu, 2-İsveçrə Ali Təhsil Məktəbi, 3-Avropa Universiteti Biznes Məktəbi, 4-Cenevrə Biznes Məktəbi, 5-Cenevrə Beynəlxalq Universiteti, 6-Biznes və Hotel Menecmenti Məktəbi, 7-Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti, 8-İsveçrə Montre Biznes Məktəbi, 9-Biznes və Beynəlxalq Münasibətlər Universiteti) də Azərbaycan Respublikası vətəndaşlarının təhsil aldığı müşahidə edilməkdədir. Qeyd edilməlidir ki, İsveçrə höküməti federal səviyyədə həmin universitetləri tanımır. Təəssüf ki, institusional akkreditasiyasının olmaması Qaydaların tanınmaya dair tələblərini qarşılamır, həmin universitet və filiallarda təhsil alan vətəndaşlarımız nəticədə imtina qərarı ilə üzləşmək məcburiyyətində qalırlar", - Hikmət Əlizadə vurğulayıb.

İctimai Şuranın sdəri xaricdə təhsillə bağlı tövsiyələrini də çatdırıb:

"Vətəndaşlarımızın, ilk növbədə, seçdikləri ali təhsil müəssisələrinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) fəaliyyət göstərdikləri ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən institusional (proqram deyil) akkreditasiyadan keçməsinə və dövlət lisenziyasının olmasına diqqət etmələrini tövsiyə edirik. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür. Müraciətlərin təhlili nəticəsində yerli institusional akkreditasiyası olmadığı üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərin siyahısı TKTA tərəfindən mütəmadi olaraq yenilənir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Noyabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri