Icma.az
close
up
RU
XƏBƏRDARLIQ: Azərbaycanlılar bu böyük riski görməzliyə vurur

XƏBƏRDARLIQ: Azərbaycanlılar bu böyük riski görməzliyə vurur

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Azərbaycanda ev sığortasına marağın aşağı olmasının bir neçə əsas səbəbi var. İlk növbədə, bir çox vətəndaş sığortanı zəruri maliyyə aləti kimi deyil, əlavə xərc kimi qiymətləndirir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə, insanlar təbii fəlakət və ya digər risklərlə tez-tez üzləşmədikləri üçün sığortaya ehtiyac duymadıqlarını düşünürlər:

“Bəzi hallarda isə sığorta ödənişlərinin alınması ilə bağlı mənfi təcrübələr və ya belə təsəvvürlər də marağın azalmasına təsir edir. Bu məsələdə həm gəlir səviyyəsi, həm də sığorta mədəniyyətinin zəif olması rol oynayır. Aşağı və orta gəlirli ailələr üçün gündəlik xərclər prioritet olduğundan ev sığortasına əlavə vəsait ayırmaq çətin olur. Bununla yanaşı, sığortanın riskləri azaltmaq və maliyyə itkilərinin qarşısını almaq baxımından əhəmiyyəti barədə maarifləndirmə kifayət qədər yüksək deyil. Uzunmüddətli perspektivdə məhz sığorta mədəniyyətinin formalaşması daha həlledici amildir. Toyuqlu pizza

Ev sığortasının qiyməti əksər hallarda o qədər də yüksək deyil və bir çox sığorta məhsulu orta gəlirli ailələr üçün əlçatan hesab oluna bilər. Lakin gəlirlərin məhdud olduğu şəraitdə hətta nisbətən aşağı sığorta haqqı da ailə büdcəsində əlavə yük kimi qəbul edilir. Buna görə vətəndaşlar risk baş vermədən əvvəl sığortaya vəsait ayırmağa həvəs göstərmirlər”.

Ekspert onu da qeyd edib ki, ev sığortasına marağın artması üçün əhalinin maarifləndirilməsi gücləndirilməli, sığorta şirkətlərinin fəaliyyəti daha şəffaf olmalı və ödəniş prosesinə inam artırılmalıdır:

“Eyni zamanda, daha çevik və münasib qiymətli sığorta paketlərinin hazırlanması, rəqəmsal xidmətlərin genişləndirilməsi və dövlət tərəfindən icbari sığorta qaydalarına nəzarətin gücləndirilməsi də bu sahəyə marağın artmasına müsbət təsir göstərə bilər”.

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Avqust 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri