Icma.az
close
up
RU
Azərbaycanlılar Gürcüstana gedib özlərinə əla iş tapırlar TƏHLİL

Azərbaycanlılar Gürcüstana gedib özlərinə əla iş tapırlar TƏHLİL

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Burada iş şəraiti, vergi və hüquqi qanunvericilik daha əlverişlidir və sahibkarlıq fəaliyyəti üçün daha açıq bir mühit mövcuddur


“Azərbaycanda işgüzar vəziyyətin günü-gündən pisləşməsi, bürokratiyanın çoxluğu, vergi və digər sosial məsuliyyətlərin artması sahibkarları və sadə əməkçi insanları bezdirib”

Müstəqillikdən bəri ölkələrarası fiziki şəxslərin pul köçürmələri tarixində (izlənən dövrdə) ilk

dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr bizim ölkədən

ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara

yüksəlib – illik müqayisədə 4 faiz artım var.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Azərbaycanın rayonlarından

Gürcüstana işləməyə, biznes qurmağa gedən insanların sayı kəskin artıb: “Gürcüstanda olarkən

tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş

alırdılar, bundan başqa, insani rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar, iş yerinə

gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu

məsələlər də cəlbedicidir.

Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda maneələrlə

üzləşdikdən sonra Tbilisiyə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər

dövriyyədən cəmi 1 faiz vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumun üzünü

belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər.

Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri

idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4047 dollar, Ermənistan - 3869 dollar.

2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə, adambaşına düşən ÜDM-yə görə

indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9570 dollar, Ermənistan – 8860 min

dollar, Azərbaycan – 7600 dollar.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9 faiz artıb. Gürcüstanda bu

rəqəm 8,6 faiz, Ermənistanda isə 5,2 faizdir.

Bütün bu makroiqtisadi göstəricilərdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana

işləməyə gedir, qazanır, ailəsinə pul göndərir”.


Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə Sherg.az-a açıqlamasında bildirib ki, bu

artım sadəcə həmin ölkədə işləyən insanların əməkhaqqı ilə bağlı deyil. Burada bir neçə amil rol

oynayır: Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkarlar öz bizneslərindən əldə

etdikləri gəlirlərin bir hissəsini ölkəyə köçürürlər. Bu isə Azərbaycanın valyuta ehtiyatlarına

birbaşa təsir göstərir və ölkəyə daxil olan vəsaitlərin həcmini artırır".

V.Bayramov həmçinin vurğulayıb ki, bu proses Azərbaycanın Gürcüstanla strateji

əməkdaşlığının güclənməsinin və azərbaycanlı sahibkarların qonşu ölkədə imkanlarını

genişləndirməsinin nəticəsidir: Bu sahibkarlıq fəaliyyətləri, ticarət və investisiya əlaqələri

sayəsində Azərbaycanın iqtisadi maraqları Gürcüstanda da daha aktiv formada təmsil olunur və

nəticədə ölkəyə köçürülən vəsaitlərin həcmi artır.

Beləliklə, sadəcə şəxsi pul köçürmələrindən ibarət olmayan bu artım, həm iqtisadi, həm də

strateji baxımdan ölkənin güclənməsini əks etdirir. Ölkəyə daxil olan vəsaitlər yalnız rebitensiya

və ya pul göndərişləri ilə məhdudlaşmır; onlar həm də biznes gəlirləri, investisiyalar və ticarət

əməliyyatlarının nəticəsi olaraq Azərbaycan iqtisadiyyatına əlavə dəstək təmin edir.


Hüquqşünas Əkrəm Həsənov Sherg.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan vətəndaşlarının

xaricdə işləməsi uzun illərdir ki, ölkəmizin iqtisadi reallıqlarından qaynaqlanır. Xüsusilə Rusiya

və Ukrayna uzun müddət Azərbaycan üçün əsas iş bazarı olub: Lakin 2022-ci ildən etibarən

Rusiya-Ukrayna müharibəsi vəziyyəti tamamilə dəyişdi. Ukraynadakı müharibə səbəbindən iş

imkanları demək olar ki, sıfıra enib və ölkədə həyat şəraiti çox çətinləşib. Rusiyada isə son aylar

miqrantlara qarşı tətbiq olunan məhdudiyyətlər və sosial təzyiqlər azərbaycanlı işçilərin orada

fəaliyyətini xeyli çətinləşdirib.

Bu vəziyyət Azərbaycan vətəndaşlarını digər qonşu ölkələrə yönəldib. Əsas hədəf ölkələr kimi

Gürcüstan və Türkiyə seçilir. Türkiyə uzun illərdir ki, Azərbaycan vətəndaşları üçün geniş iş

imkanları təqdim edir. Lakin hazırda Türkiyənin özündə kifayət qədər işçi qüvvəsi var, tələbat

azdır. Gürcüstanda isə iş axtaran azərbaycanlılar rahatlıqla məşğulluq imkanları tapa bilirlər.

Gürcüstan iqtisadiyyatı və qanunvericiliyi həm iş, həm də biznes üçün müəyyən üstünlüklər

təklif edir. İş şəraiti, vergi və hüquqi qanunvericilik daha əlverişlidir və sahibkarlıq fəaliyyəti

üçün daha açıq bir mühit mövcuddur. Əmək haqqı və həyat səviyyəsi Azərbaycana nisbətən

yüksək olsa da, yerli əhali arasında işgüzarlığın aşağı olması bəzi sahələrdə azərbaycanlı işçilərə

üstünlük yaradır. Yəni gürcülərin tənbəl olması azərbaycanlıların həm iş tapmaq, həm də biznes

qurmaq imkanlarını artırır.

Azərbaycanda işgüzar vəziyyətin günü-gündən pisləşdiyini vurğulayan Ə.Həsənov qeyd edib ki,

vəziyyətin getdikcə mürəkkəbləşməsi, bürokratiyanın çoxluğu, vergi və digər sosial

məsuliyyətlərin artması həm sahibkarları, həm də sadə əməkçi insanları motivasiya edir ki,

xaricdə daha əlverişli şərait axtarsınlar. Bu tendensiya ölkədən işçi və sahibkar axınını

sürətləndirir və qonşu ölkələrdə azərbaycanlıların daha aktiv iştirakına səbəb olur.

Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial faktorlar bir araya gələrək Azərbaycan

vətəndaşlarının əmək və biznes fəaliyyətini qonşu ölkələrə yönəldir. Bu da öz növbəsində

Azərbaycanın əmək bazarına və biznes mühitinə əlavə təzyiq yaradır, ölkədə insan resurslarının

azalması problemini gündəmə gətirir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri