Icma.az
close
up
RU
ABXAZİYA GÜRCÜSTANA GERİ VERİLİR, YOXSA... TƏHLİL

ABXAZİYA GÜRCÜSTANA GERİ VERİLİR, YOXSA... TƏHLİL

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abxaziya ətrafında cərəyan edən son proseslər diqqət çəkir. Belə ki, Rusiya ilə mübahisəli investisiya sazişindən sonra qondarma “qurum”da aksiyalar başladı. Aksiya iştirakçıları "hökumət binalarını" tam ələ keçirdi. “Prezident” Aslan Bjaniya əvvəlcə doğulduğu kəndə - Tamışa sığındı, bir neçə gün sonra isə istefa verdi.

Proseslərin diqqətçəkən tərəfi bütün bunların Gürcüstandakı parlament seçkiləri fonunda baş verməsidir. Düzdür, Abxaziyada seçkiöncəsi də vəziyyət gərgin idi, amma bu həddə deyildi. Aksiya iştirakçılarının "hökumət binalarını" tam ələ keçirməsi, “Prezident” Aslan Bjaniyanın istefa verməsi vəziyyətin qəlizliyindən xəbər verir.

Abxaziyada üç fikir və bu fikirlər ətrafında formalaşan qrup var:

1. Abxaziyanın Rusiyaya birləşməsi və daxili subyekt olmasını tələb edənlər;

2. Abxaziyanın Gürcüstana birləşib yüksək muxtariyyətlə idarə edilməsini istəyənlər;

3. Abxaziyanın öz müqəddəratını təyin edib müstəqil olmasını düşünənlər.

İkinci düşüncədə olanlar, yəni Abxaziyanın Gürcüstana birləşib yüksək muxtariyyətlə idarə edilməsini istəyənlər azlıq təşkil edir. Bunun ən böyük səbəbi isə abxazların əksəriyyətinin Gürcüstan tərəfindən etnik diskriminasiyaya məruz qaldığını düşünməsidir.

Keçmiş gürcü siyasətçilərin yanlış daxili siyasəti bu düşüncəni ildən-ilə radikallaşdırıb. 2008-ci il olaylarından bu günə qədər isə Abxaziya faktiki olaraq müstəqil dövlət kimi hərəkət edir.

Bu gün Abxaziyadakı daxili çəkişmə Rusiyaya birləşməsi və daxili subyekt olmasını tələb edənlər ilə müstəqil olmasını istəyənlər arasında gedir. “Prezident” Aslan Bjaniya da Abxaziyanın Rusiyaya birləşməsi və daxili subyekt olmasını istəyən qrupa mənsub idi. Əgər Rusiya ilə mübahisəli investisiya sazişi alınsaydı, proses sürətlənə bilərdi.

Abxaziyadakı olayların indiki məqamda Gürcüstandakı seçkilərin nəticəsi ilə əlaqəsi isə xüsusi diqqət çəkir. Məsələ ondadır ki, Gürcüstan qərbmeyilli siyasət yeritdiyi vaxtda Qərb Tbilisini Abxaziya və Cənubi Osetiya məsələsində dəstəkləyib. Düzdür, bu dəstək sözlü olsa da, abxazların müqəddəratı məsələsi heç vaxt müzakirə predmeti olmayıb. Lakin Gürcü Arzusunun Qərblə arasında məsafə qoyması, Kremllə normallaşmaqda maraqlı görünməsi prosesləri dəyişə bilər. Yəni Əgər Gürcüstan Rusiya ilə münasibətləri normallaşdırsa, Qərb buna cavab kimi Abxaziyanın müqəddəratını təyin etməsi məsələsində aktivləşə bilər. Nəzərə alaq ki, rusmeyilli Aslan Bjaniya da istefa verib ,yeni “prezident”in kimliyi hələlik bəlli deyil.

Gürcüstanda seçkisonrası vəziyyət gərgin olaraq qalır. Müxalifət hələ də aksiyalar təşkil edir. Belə bir məqamda hakim Gürcü Arzusu Partiyasının diqqəti çətin ki, Abxaziyada olsun. Abxazlar bu vəziyyətdən istifadə edib Qərblə təmas qura bilər. Çünki abxazlar Rusiya-Gürcüstan münasibətlərinin normallaşması fonunda Kremlin Abxaziyanı Tbilisiyə güzəştə gedəcəyini düşünür. Hətta Gürcüstanın burada antiterror əməliyyatlarına başlaması da istisna edilmir.

Turan Rzayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri