Azərbaycanlılar indi daha çox ABŞ a miqrasiya edirlər Rusiya dövrü bitdi
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan vətəndaşlarının miqrasiya istiqamətində baş verən dəyişikliklər əsasən iqtisadi səbəblərlə bağlıdır. Son illər Avropa və Amerikanın əmək bazarı daha açıq və daha cəlbedici olub”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.
O deyib ki, bu ölkələrdə əməkhaqqı səviyyəsi Azərbaycanla müqayisədə xeyli yüksəkdir:
“Peşəkar kadrlar, xüsusilə həkimlər və texniki ixtisas sahibləri daha yaxşı iş şəraiti tapırlar. "Green Card" kimi proqramlar ABŞ-a miqrasiyanı daha əlçatan edir. Almaniyanın kadr çatışmazlığı isə Azərbaycanlı mütəxəssislər üçün imkan yaradır. Ərəb ölkələrində yüksək maaşlar və rahat iş mühitləri miqrasiyanı daha da sürətləndirir. Bu ölkələrin təhlükəsiz və sabit olması da insanları cəlb edir. Rusiya əvvəllər əsas istiqamət olsa da, son illərdə iqtisadi qeyri-sabitlik bu ölkəni əvvəlki qədər cəlbedici etmir. Türkiyə isə dil və mədəni yaxınlıq səbəbilə yenə üstünlüyünü qoruyur”.
O qeyd edib ki, bu dəyişiklik Azərbaycanın iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi nəticələr yarada bilər:
“Müsbət tərəfi odur ki, xaricdə işləyənlər ölkəyə daha çox pul köçürürlər. Bu da ailələrin gəlirini və daxili istehlakı artırır. Lakin mənfi tərəfi ondan ibarətdir ki, peşəkar kadr axını ölkədə işçi çatışmazlığı yarada bilər. Xüsusilə tibb, mühəndislik və texniki sahələrdə boşluqlar daha çox hiss olunur. Kadr itkisi iqtisadi inkişaf tempini zəiflədə bilər. Uzun müddətdə bu proses Azərbaycanı daha yaxşı iş şəraiti yaratmağa məcbur edəcək. Əgər ölkədə əməkhaqqı yüksəlsə və iş şəraiti yaxşılaşsa, miqrasiya axını da balanslaşa bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanlılar ən çox hansı kreditdən istifadə edirlər?
27 Oktyabr 2025 11:53
Azərbaycanlılar yüksək rəqəmsal savadlılığın daha çox
18 Dekabr 2024 23:41
Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? ARAŞDIRMA
02 İyul 2025 14:52
Azərbaycanlılar daha çox bu kriptovalyutaları alırlar SİYAHI
17 Dekabr 2024 14:55
Azərbaycanlılar daha çox hansı ölkələrə səfərlər edib? Statistika
19 Noyabr 2024 22:15
Baxış sayı:18
Bu xəbər 19 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları