Icma.az
close
up
RU
Azərbaycanlılar da Kiyevi tərk edirlər

Azərbaycanlılar da Kiyevi tərk edirlər

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kiyev meri Vitali Kliçko şəhər sakinlərini müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə köçməyi nəzərdən keçirməyə çağırıb. Bu çağırışdan sonra paytaxtda yaşayan azərbaycanlıların da vəziyyəti diqqət mərkəzinə gəlib. Rusiya ordusunun raket və dron hücumlarının intensivləşməsi mülki əhali üçün təhlükəni artırıb. 

Modern.az Kiyevdə yaşayan azərbaycanlılarla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o, bildirib ki, son bir aydan artıq müddətdə Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərləri Rusiyanın intensiv raket və dron hücumlarına məruz qalır.

Q.Osmanlının sözlərinə görə, hücumlar nəticəsində mülki şəxslər həlak olur, yaşayış binaları dağıdılır, infrastruktura ciddi ziyan dəyir:

“Vəziyyət, təbii ki, ağırdır. Amma buna baxmayaraq, həyat davam edir. Kiyev Ukraynanın paytaxtı və siyasi mərkəzi olduğundan hər gün hücumlara məruz qalır. Əvvəllər belə hal müşahidə olunmurdu. Kiyev milyonlarla insanın yaşadığı şəhərdir. Qeyri-rəsmi məlumatlara görə, burada təxminən 4 milyon nəfər yaşayır. Şəhərdəki soydaşlarımızın sayı da on minlərlə ölçülür. Təəssüf ki, son 10 gündə Rusiyanın Kiyevə raket və dron hücumları nəticəsində 6 soydaşımız dinc sakin kimi həlak olub. Onların nəşi Vətənə göndərilib və dəfn olunublar”.

Qalib Osmanlı Kiyev merinin çağırışının şəhər əhalisinin kütləvi şəkildə təxliyəsinə yönəlmədiyini qeyd edib.

O bildirib ki, əsas məqsəd, xüsusilə qadınların və uşaqların nisbətən təhlükəsiz ərazilərə, əsasən də Ukraynanın qərb vilayətlərinə getməsini təşviq etməkdir.

Diaspor rəsmisi xatırladıb ki, müharibənin ilk dövrlərində, vəziyyətin daha da ağır olduğu vaxtlarda soydaşlarımızın şəhərdən çıxmasına kömək məqsədilə qatar və avtobus reysləri təşkil edilib. Nəticədə on minlərlə insan Kiyevi tərk edib. Sonradan vəziyyət sabitləşdikcə, gedənlərin böyük hissəsi şəhərə qayıdıb.

“İndiki vəziyyətdə insanlarda müəyyən mənada müharibə şəraitinə uyğunlaşma formalaşıb. Onlar necə davranacaqlarına özləri qərar verirlər. Kiyevi fərdi qaydada tərk edən soydaşlarımız var, amma bu, kütləvi xarakter daşımır. Əksəriyyət ağır şəraitə baxmayaraq, şəhərdə qalaraq həyatını davam etdirməyə üstünlük verir”, -deyə Qalib Osmanlı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Oktyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see293

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see290

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see285

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see270

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see259

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see256

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see244

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see240

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see239

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see238

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see224

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see223

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see222

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see222

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see219

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see213

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see211

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see208

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see207

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri