Icma.az
close
up
RU
Azərbaycanlılar ölkəni niyə tərk edir? Yeni ünvanlar bilindi

Azərbaycanlılar ölkəni niyə tərk edir? Yeni ünvanlar bilindi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 faizə yaxın artırıb. Bu cür statistikaları əhalinin ölkədən axını kimi dəyərləndirənlər var. Düşünülür ki, bu gün birinin yolu Türkiyəyə düşür, digərinin ümid yeri Avropadır, bəziləri isə Rusiyanı son çıxış kimi görür.

Bu prosesi köç dalğası hesab etmək olarmı?

Globalinfo.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırmaq ən gəlirli biznes sahələrindən sayılır.

Onun sözlərinə görə, son illər Azərbaycan vətəndaşlarının da xarici ölkələrin daşınmaz əmlak bazarında fəallığı müşahidə olunur:

“Azərbaycanlıların daha çox maraq göstərdiyi Türkiyənin daşınmaz əmlak bazarıdır. Məsələn, Türkiyə Statistika Xidmətinin məlumatına görə, təkcə 2023-cü ildə bu ölkədə vətəndaşlarımız 866 mənzil alıb. Hazırda azərbaycanlılar qardaş ölkə ilə yanaşı, Gürcüstanda, Mərkəzi və Şərqi Avropa ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), Qətərdə daşınmaz əmlak sahibi olmağa daha çox maraq göstərirlər”.

Müşfiq Cəfərov

Deputat bildirib ki, xarici ölkələrdə əmlak alanların əksəriyyəti iş adamlarıdır:

“Onlar həm risklərini bölüşdürmək, həm də əlavə qazanc əldə etmək məqsədilə xaricdə daşınmaz əmlaka investisiya yatırırlar. İndi Avropada əmlak almaq daha cəlbedicidir. Lakin orada da daşınmaz əmlak qiymətləri ucuz deyil. Bundan başqa, hər bir dövlətin təyin etdiyi limit var. Alınan daşınmaz əmlak həmin limiti keçdiyi halda vətəndaşlıq və ya yaşama hüququ qazanırsan. Bunun ölkədən gediş və ya köçlə heç bir əlaqəsi yoxdur, sırf kommersiya maraqlarından irəli gəlir”.

İqtisadçı Eyyub Kərimli qeyd edib ki, statistik göstəricilər 2024-cü ildə Azərbaycan vətəndaşlarının Türkiyədə 866 mənzil aldıqlarını göstərir:

“Lakin bu fakt azərbaycanlıların Türkiyəyə kütləvi köçü kimi qiymətləndirilməməlidir. Bu göstəricini bir neçə amillə izah etmək mümkündür. İlk növbədə, bəzi Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlakı investisiya aləti kimi alırlar. İkinci mühüm məqam odur ki, orada təhsil alan azərbaycanlı tələbələrin sayı kifayət qədər çoxdur və bəzi hallarda valideynlər övladlarının yaşayışı üçün orada mənzil əldə edirlər. Aparılan müşahidələr göstərir ki, Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının əksəriyyətinin ölkəmizdə də mənzili var. Bu şəxslər həmin əmlakdan ya icarə yolu ilə gəlir əldə etmək, ya da gələcəkdə daha yüksək qiymətə satmaq məqsədilə istifadə edirlər. Qardaş ölkədə daşınmaz əmlak alanlar arasında təkcə biz yox, digər ölkələrin, o cümlədən inkişaf etmiş dövlətlərin, məsələn, Almaniyanın vətəndaşları da var. Bu isə həmin ölkələrdən Türkiyəyə kütləvi köç olduğu anlamına gəlmir. Eyni tendensiya Körfəz ölkələrindən olan investorlar üçün də keçərlidir”.

Eyyub Kərimli

İqtisadçının fikrincə, bu proses qlobal iqtisadi diversifikasiya və sərmayələrin coğrafi genişlənməsi ilə bağlıdır:

“Bu baxımdan, Türkiyədə mənzil alınmasını yalnız daimi yaşamaq niyyəti ilə əlaqələndirmək doğru olmaz. Əlbəttə, Türkiyəyə köçüb orada yaşayan və ev alan Azərbaycan vətəndaşları da var, lakin bu, ümumi mənzərəni müəyyən edən əsas faktor deyil. Digər tərəfdən, Türkiyə vətəndaşlarının da Azərbaycanda daşınmaz əmlak aldığı və bəzən burada yaşadığı məlumdur. Müasir dünyada iqtisadi inteqrasiya dərinləşir, insanlar sərhədlərdən asılı olmayaraq istədikləri ölkədə əmlak ala və yaşaya bilirlər. Bu reallıq fonunda Azərbaycan vətəndaşlarının Türkiyədə ev almasını xüsusi olaraq “kütləvi köç” kimi təqdim etmək obyektiv yanaşma sayılmaz”.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 831 mənzil alıblar.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri