Varlılar bu ölkəni tərk edir
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vergi dəyişiklikləri və Londonun əvvəlki nüfuzunu itirməsi varlı sakinlərin Böyük Britaniyanı tərk etməsinə səbəb olur.
Bakıvaxtı.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, son iki ildə ölkəni tərk edən və ya Böyük Britaniya ilə əlaqələrini əhəmiyyətli dərəcədə zəiflədən fərdlər və ailələrin ümumi sərvəti 160 milyard dollar təşkil edib.
Bu məbləğ ölkədə qalmağa davam edən zənginlərin sərvətindən daha çoxdur.
Agentliyin araşdırdığı qrupun təxminən yarısı 2025-ci ilin aprelində vergi islahatlarının qüvvəyə minməsindən bir neçə həftə əvvəl köçünü başa çatdırıb. Onların əsas istiqamətləri Monako, İsveçrə və BƏƏ olub.
Vergi islahatları çərçivəsində müəyyən şərtlərlə xarici gəlirlərə 15 ilədək Böyük Britaniyada vergi güzəşti verən qeyri-rezident statusu ləğv edilib. Bundan əlavə, miraslara və özəl bazarlarda investisiya menecerlərinin gəlirlərinə tətbiq olunan vergitutma sərtləşdirilib.
Phones 4u mobil telefon pərakəndə satış şəbəkəsinin təsisçisi, milyarder Con Kodvel vəziyyəti “fəlakətli” adlandırıb.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Oktyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















